Tarixi əhəmiyyətli səfər

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli, lakin çox məhsuldar səfəri başa çatdı. Səfərin məhsuldarlığı tərəflər arasında imzalanan sənədlərdən də görünürdü. Belə ki, bir neçə saatlıq görüş və müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasının hökuməti ilə İsrail dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” sazişlər, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya, həmçinin “Azərbaycan Respublikasının hökuməti ilə İsrail dövlətinin hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

İsrail-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yeni imkan

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli, lakin çox məhsuldar səfəri başa çatdı. Səfərin məhsuldarlığı tərəflər arasında imzalanan sənədlərdən də görünürdü. Belə ki, bir neçə saatlıq görüş və müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasının hökuməti ilə İsrail dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində, eləcə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" sazişlər, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiya, həmçinin "Azərbaycan Respublikasının hökuməti ilə İsrail dövlətinin hökuməti arasında Birgə Komissiyasının yaradılması haqqında" Anlaşma Memorandumu imzalanıb.

Benyamin Netanyahunun Azərbaycana səfərinin məhsuldar olduğunu bu səfərə olan reaksiyalardan da aydın görünürdü. Belə ki, hələ İsrail baş nazirinin Azərbaycana səfər edəcəyi barədə xəbər yayılarkən bəzi region ölkələri, eləcə də Ermənistan bu səfərdən ciddi narahatçılıq keçirdiyini ifadə etmişdi. Bunun başlıca səbəbi isə Benyamin Netanyahunun Azərbaycan səfəri çərçivəsində hərbi sahədə əməkdaşlıq haqqında müzakirələrin aparılacağı barədə xəbərlərin yayılması idi. Bütün əsassız narahatçılıqlara və etiraz dolu açıqlamalara rəğmən İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Və bu səfərlə iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin əsası qoyuldu. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Benyamin Netanyahunun Bakı səfəri tarixi əhəmiyyətli bir səfərdir.Bundan sonra, iki ölkə arasındakı əlaqələrin daha da inkişafının şahidi olacağıq. Politoloq deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri,son illər iki ölkə arasında əlaqələrinin yüksək səviyyədə olmasının göstəricisidir. Onun sözlərinə görə, İsrail Azərbaycanın neft alıcısı və silah ixracatcısı olmaqla bərabər, həmçinin əsas tərəfdaş kimi özünü aprel döyüşlərində Azərbaycanın yanında sözdə yox, əməldə olması ilə də göstərdi: "Bu bir danılmaz faktdır ki, Yaxın Şərqdə gedən geopolitik mübarizədə və bunun Cənubi Qafqaza birbaşa təsiri qaçılmaz olaraq, regionun aparıcı ölkəsinin Azərbaycanla sıx siyasi-hərbi əməkdaşlığı digər ölkələrə qarşı yönəlmiyib". Politoloq hesab edir ki, İsrail baş nazirinin ölkəmizə baş tutan uğurlu səfərindən sonra sonra, Azərbaycan İsraildən "Dəmir Gümbəz" raketləri alaraq müdafiə sistemlərini yeni tələbələrə uyğun qura bilər. Eyni zamanda İsraildən modern kəşfiyyat sistemlərini alaraq, düşmənin dərinlikdə hərəkətini müşahidə etmək iqtidarında olacaq: "Ermənistan İsrail-Azərbaycan əlaqlərini özlərinə qarşı hesab edir. Artıq, Ermənistan heç bir danışıqlara qatılmır və cəbhədə müharibənin bərpası mümkün görünür. Bu situasiyada İsrailin baş naziri Benyamin Netanyahunun səfəri və alınacaq silahlar Ermənistanda şok effekti yaratmaqdadır. Ermənistan bu səfərdən sonra , İranla əməkdaşlığı genişləndirməklə, Azərbaycana qarşı təbliğat siyasətini davam etdirəcək.Bu ərəfədə İsraillə Azərbaycanın əməkdaşlığından narahat olan İranın son günlər irəli sürdüyü iddialar da əsassızdır. İran, aprel döyüşlərində sadəcə quru bəyanatlar verərək, Ermənistan tərəfindən atılan top mərmilərinə görə Ermənistanı deyil, əsassız olaraq Azərbaycanı ittiham edirdi. İran, İsrail hərbi mütəxəssisləri tərəfindən Azərbaycanın havadan müdafiə sisteminin modern təkmilləşdirməsindən narahatlıq keçirir. Çünki, İran hərbi aviasiyası Azərbaycana qarşı təzyiq vasitəsi kimi Azərbaycanın hava sərhədlərini vaxti ilə pozurdu.İsrailin bu sahədə Azərbaycana verdiyi hərbi dəstək isə bu ölkənin manevr imkanlarını zəiflətməkdədir. Vurğulamaq lazımdır ki, bir neçə ay Həsən Ruhaninin Ermənistana səfərinin təxirə salınması,məhz Azərbaycan amili ilə bağlı idi. İran, İsrail baş nazirinin Azərbaycana səfərini və burada imzalanacaq sazişləri gözləyirdi. Çox güman ki, gələn ilin ilk ayında Həsən Ruhaninin Ermənistana rəsmi səfəri baş tutsun". Politoloq onu da diqqətə çatdırıb ki, İranla ölkımiz arasında yarana biləcək ötəri soyuq münasibətlərə baxmayaraq, iki ölkə arasında əlaqlər öz axarı ilə davam edəcək. Çünki iki ölkəni birləşdirən "Şimal-Cənub nəqliyyat "dəhlizi istifadəyə veriləcək: "Bakıda İranla bağlanan əməkdaşlıq sazişləri imkan verir ki, iki ölkə problemlərə getməsin. Onu da qeyd edim ki, Həsən Ruhaninin Yerevan səfərinin heç bir perspektivi yoxdur.Çünki, Ermənistanın bütün iqtisadi-enerji sferası Rusiyanın inhisarındadır". Məhəmməd Əsədullazadə İsrailin Cənubi Qafqazla yanaşı, Orta Asiyaya da maraq göstərdiyini vurğulayıb. Qeyd edib ki, dünyada gedən siyasi proseslər fonunda İsrail Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini genişləndirməsi üçün bu regionun aparıcı ölkələri ilə əlaqləri dərinləşdirmək siyasəti aparır: "İsrailin baş naziri həmçinin Qazaxıstana səfər edəcək. Mərkəzi Asiyanın bu önəmli ölkəsi də İsraillə iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək niyyətindədir. Qazaxıstanda yerləşən aerokosmik meydanları İsrailin marağındadır. Çünki Rusiya bir neçə aydır ki, maliyyə problemlərinə görə, Qazaxıstandakı müəyyən aerokismik meydanlardan imtina edib. İsrail buradan kosmosa peyklər göndərmək planına malikdir. Çox güman ki, iki ölkə bu istiqmatdə danışıqlar aparacaq. Coğrafi baxımdan İsrailə yaxın olan bu region əlverişli şəraitə malikdir"

Müstəqil ekspert Rövşən Məmmədli də deyir ki, İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərinin uğurla başa çatması bu iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıqdan irəli gəlir: "İsrail dövləti, yəhudi xalqı Azərbaycanın haqqını müdafiə edir, Azərbaycana bacardıqları dəstəyi verirlər. Düzdür Fələstin məsələsinə görə Azərbaycan dövləti də bir müsəlman dövləti kimi İsrail dövləti ilə tam, sıx əlaqələr qurmayıb. Ancaq İsrailin Azərbaycana olan dostluq münasibəti, beynəlxalq aləmdə ölkəmizi həmişə dəstəkləməsi ortadadır. İsrailin baş naziri Benyamin Netanyahu da həmişə Azərbaycan haqqında dost sözü deyib, Azərbaycanla İsrailin arasında bütün sahələrdə əlaqələrin yaranmasına və dərinləşməsinə bacardığı qədər dəstək verib. O cümlədən bütün dünya Yəhudiləri Azərbaycana bacardıqları köməyi göstərirlər. Ona görə də bu səfərə yalnız müsbət yöndən yanaşmaq lazımdır". Rövşən Məmmədli bildirib ki, Benyamin Netanyahunun səfərinin nəticəsi olaraq imzalanan müqavilələr yaxın perspektivdə

İsrail-Azərbaycan münasibətlərində yeni bir səhifənin açılmasına gətirib çıxaracaq və hər iki ölkə bundan faydalanacaq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31