Gənc Turizm Bələdçisi” layihəsinə start verildi
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gənc Turizm Bələdçisi” layihəsinə start verilib.
14 Dekabr 2016 12:57 SosialAzərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gənc Turizm Bələdçisi" layihəsinə start verilib. "OLAYLAR"-ın xəbərinə görə, "Gənc Turizm Bələdçisi" layihəsi çərçivəsində 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik oyunlarında bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılması məqsədi ilə turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən yüksək səviyyədə müxtəlif xarici dil biliyinə malik tələbə və gənclər arasından bir qrup iştirakçı seçilərək, Turizm Bələdçiliyinin bütün nəzəri və praktiki biliklərinin öyrədilməsi məqsədi ilə təlimlər keçiriləcək. Turizm bələdçi texnikası və fəaliyyət istiqamətləri, ölkənin təbliğ olunmasında turizm bələdçiliyinin əhəmiyyətinin vacibliyi gənclərə çatdırılacaqdır. Gənc, təcrübəli və peşəkar turizm bələdçiləri hazırlanacaq. Sonda layihədə iştirak edən şəxslər 3 mərhələli imtahanda (test, Attestasiya Komissiyası qarşısında şifahi imtahan, ekskursiya imtahanı) iştirak edəcəklər, imtahandan uğurla keçən şəxslərə tərcüməçi-bələdçi kimi çalışması üçün müvafiq peşənin akkreditasiyası, ATMU-nun sertifikatı və şəhadətnaməsi təqdim olunacaqdır. Akkreditasiya əldə etmiş şəxslərin adları Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.