Gündəm
Müsəlman həmrəyliyinə kim sadiqdir?
İsrailin dövlət olaraq yaşı azdır . II dünya müharibəsindən sonra yaranmış bu dövlətin təşəkkülündə ABŞ və Rusiyanın oynadığı rol haqda danışılanda nədənsə digər dövlətlərin, xüsusən ozamankı İranın oynadığı rol unudulur. İsrailin ərəb dövlətlərini müharibələrdə udmasında İranın İsrailə maliyyə, siyasi dəstəyinin iştirakı şəksizdir. Həm də bu sadəcə Pəhləvilər dövrünün İranı ilə bağlı hal deyil. İslam inqilabının ilk illəri də daxil olmaqla İranın neft ticarətində İsrail üçün xüsusi güzəştlər olub. İsrailin ilk repatriantları içərisində iranlı yəhudilərin xüsusi ağırlığı var idi, həmin repatriantlar içərisindən müxtəlif siyasi , hərbi xadimlər, o cümlədən prezident də çıxmışdır. Bu, İsrailin təşəkkül dövründə ona lazım olan ən mühüm dəstək idi, yeni dövlət orda yaşayacaq vətəndaşlar olmadan mövcud ola bilməz.
473 kiloqramdan çox narkotik vasitə məhv edilib
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 473 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları dekabrın 14-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhv edilib.
Putin hədiyyəni rədd etdi
Gələn həftə Yaponiyaya səfəri planlaşdırılan Rusiya prezidenti Vladimir Putin Yaponiya dövlətinin ona hədiyyə etməyi düşündüyü iti rədd edib.
Dərslik, kitab və tədris materiallarında reklam qadağan edilir
Dərslik, kitab və tədris materiallarında reklam qadağan olunacaq. “Olaylar” xəbər verir ki, bu məsələ “Təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.
Sadə erməniləri sülh variantına vadar edən başlıca amillər
Son vaxtlar Dağlıq Qarabağ və ətraf ərazimizin ermənilər tərəfindən işğalı ilə bağlı 22 illik qarşıdurma dövründə rast gəlinməyən təzahürlər başlanıb. Belə ki, problemin xalq diplomatiyası yolu ilə həlli tərəfdarlarının sayında artım müşahidə edilməkdədir. Maraqlısı odur ki, indi Ermənistan tərəfindən daha çox insan bu prosesin tərəfdarı qismində çıxış edir. Əgər əvvəlki illərdə beynəlxalq təşkilatların tövsiyyəsi ilə Azərbaycanın da razılıq verdiyi bu prosesə qarşı tərəf əlacsız şəkildə, hansısa beynəlxalq güclərin xətrinə dəyməmək üçün can dərdi qoşulurdusa, indi fərqli situasiya müşahidə edilir. Belə ki, artıq xalq diplomatiyası təşəbbüsü Sərkisyan idarəçiliyindən cana doyan sadə ermənilər tərəfindən irəli sürülür. Hətta bir müddət əvvəl Bakıya səfər edən həmin təşəbbüskar ermənilər işğalçı bir ölkə vətəndaşı olduqlarını öz dillərindən belə etiraf etdilər. Bəs görəsən erməniləri ağıllanmağa nə vadar edir? Yaxud ermənilər doğurdanmı ağıllanıblar, yoxsa bu yeni bir hiylədir?
"Azərbaycan-İsrail əlaqələrinin səviyyəsi hər iki dövlətin mənafeyini əks etdirir"
"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb".
Şokoladın içindən çıxan canlı Bakı sakininin əhvalını pozdu - VİDEO
Bakıda mağazalardan birindən alınan şokoladın içindən qurd çıxıb. Videonu Bakı sakini çəkib. Mağazadan çay içmək üçün kiloqramla aldığı şokoladı yemək üçün açanda gördüklərindən dəhşətə gəlib.
Daşkənddə Ulu öndər Heydər Əliyevin anım günü geniş qeyd olunub
Azərbaycanın Özbəkistandakı Səfirliyində ulu öndər Heydər Əliyev anılmışdır. Səfirklikdəki dahi rəhbər Heydər Əliyevin büstünün qarşısına əklil və gül dəstələri qoyulmuş, çıxış edən Səfir Hüseyn Quliyev ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmlənməsindəki müstəsna xidmətlərindən danışıb.
“Rusiya həmin gün məhv olacaq” – DƏHŞƏTLİ PROQNOZ
“Rusiya Ukraynanı işğal edəcəyi halda öz mövcudluğunu dayandıracaq”. Bunu Ukraynanın birinci prezidenti Leonid Kravçuk “112 Ukrayna” telekanalına müsahibəsində deyib.
Prezidentlərin üzv olduğu, dünyanı idarə edən gizli təşkilatların QORXUNC SİRLƏRİ
Gizli təşkilatlardan bəzilərinin dünyadakı sistemi dəyişdirmək və insanları idarə etmək məqsədilə fəaliyyət göstərdiyi heç kəsə sirr deyil. Bu gizli mərkəzlərin bəziləri şiddət məzmunlu tədbirlər reallaşdıraraq qorxu salmaq məqsədi, bir qismi isə ruhi təmizlənmə mərasimləri təşkil etmək üçün yaradılıb.
İsrail-Azərbaycan əməkdaşlığının əhəmiyyətli tərəfləri
Gözələnildiyi kimi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Baxmayaraq ki, bu səfərdən ciddi narahatçılıq keçirən bəzi region ölkələri vardı, amma buna rəğmən nə rəsmi Təl Əviv, nə də Bakı İsrail baş nazirinin səfərinin təxirə salınması barədə belə düşünmədi. Əslində düşünməyə belə ehtiyac da yox idi. Çünki hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, Azərbaycanın hər hansı bir ölkə ilə, o cümlədən İsraillə bu və ya digər dərəcədə əməkdaşlığı üçüncü bir ölkəyə qarşı yönəlməyib. Bunu hər kəs dəqiq bilməlidir. Digər tərəfdən İsraillə Azərbaycanı bir-birinə bağlayan tarixi köklər var. Və bu münasibətlər həmin tarixi köklərə əsaslanaraq hər keçən gün bir qədər də inkişaf edir.
Milyonların sevimlisi Rəşid Behbudovun doğum günüdür
Bu gün Rəşid Behbudovun doğum günüdür. Məlumata görə, o, 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.
Metroda VƏHŞİLİK: gənci ölümcül döydülər - VİDEO
Bursada Adil K. və Ənəs D. adlı iki şəxs metrodan ödənişsiz istifadə etmək istəyərkən onlara icazə verməyən Orhan Atmaca adlı təhlükəsizlik işçisini ölümcül döyüblər.
Avtobusda RƏZALƏT: sürücü şalvarının qabağını açıb...
Beşiktaş-Davutpaşa arasında Yıldız Texniki Universiteti tələbələrini daşıyan avtobusda çəkilmiş rüsvayçı görüntülər yayılıb.
Türkiyədə terrorçuluqda təqsirləndirilən 16 ƏCNƏBİ saxlanılıb
Türkiyə Silahlı Qüvvələrinin Şanlıurfa vilayətində keçirdiyi antiterror əməliyyatı nəticəsində terror təşkilatına üzv olmaqda şübhəli bilinən 16 əcnəbi vətəndaş saxlanılıb.














