Sadə erməniləri sülh variantına vadar edən başlıca amillər
Son vaxtlar Dağlıq Qarabağ və ətraf ərazimizin ermənilər tərəfindən işğalı ilə bağlı 22 illik qarşıdurma dövründə rast gəlinməyən təzahürlər başlanıb. Belə ki, problemin xalq diplomatiyası yolu ilə həlli tərəfdarlarının sayında artım müşahidə edilməkdədir. Maraqlısı odur ki, indi Ermənistan tərəfindən daha çox insan bu prosesin tərəfdarı qismində çıxış edir. Əgər əvvəlki illərdə beynəlxalq təşkilatların tövsiyyəsi ilə Azərbaycanın da razılıq verdiyi bu prosesə qarşı tərəf əlacsız şəkildə, hansısa beynəlxalq güclərin xətrinə dəyməmək üçün can dərdi qoşulurdusa, indi fərqli situasiya müşahidə edilir. Belə ki, artıq xalq diplomatiyası təşəbbüsü Sərkisyan idarəçiliyindən cana doyan sadə ermənilər tərəfindən irəli sürülür. Hətta bir müddət əvvəl Bakıya səfər edən həmin təşəbbüskar ermənilər işğalçı bir ölkə vətəndaşı olduqlarını öz dillərindən belə etiraf etdilər. Bəs görəsən erməniləri ağıllanmağa nə vadar edir? Yaxud ermənilər doğurdanmı ağıllanıblar, yoxsa bu yeni bir hiylədir?
14 Dekabr 2016 14:09 SiyasətSon vaxtlar Dağlıq Qarabağ və ətraf ərazimizin ermənilər tərəfindən işğalı ilə bağlı 22 illik qarşıdurma dövründə rast gəlinməyən təzahürlər başlanıb. Belə ki, problemin xalq diplomatiyası yolu ilə həlli tərəfdarlarının sayında artım müşahidə edilməkdədir. Maraqlısı odur ki, indi Ermənistan tərəfindən daha çox insan bu prosesin tərəfdarı qismində çıxış edir. Əgər əvvəlki illərdə beynəlxalq təşkilatların tövsiyyəsi ilə Azərbaycanın da razılıq verdiyi bu prosesə qarşı tərəf əlacsız şəkildə, hansısa beynəlxalq güclərin xətrinə dəyməmək üçün can dərdi qoşulurdusa, indi fərqli situasiya müşahidə edilir. Belə ki, artıq xalq diplomatiyası təşəbbüsü Sərkisyan idarəçiliyindən cana doyan sadə ermənilər tərəfindən irəli sürülür. Hətta bir müddət əvvəl Bakıya səfər edən həmin təşəbbüskar ermənilər işğalçı bir ölkə vətəndaşı olduqlarını öz dillərindən belə etiraf etdilər. Bəs görəsən erməniləri ağıllanmağa nə vadar edir? Yaxud ermənilər doğurdanmı ağıllanıblar, yoxsa bu yeni bir hiylədir?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyir ki, proses əsasən, Azərbaycan-Ermənistan qarşıdurması təmas xəttində baş verən ötən ilin aprel döyüşlərindən və bizim hərbçilərin erməni bölmələrini sərt geriyə otuzdurmasından sonra müşahidə başlayıb. O, bildirib ki, ilk dəfə Azərbaycan ordusunun gözlənilməz şiddətli hücumu, ermənii hərbi birləşmələrinin döyüş yerlərini qoyub çaşqınlıq içində qaçması və Qarabağ ermənilərinin tələsik köçə başlaması, ilk dəfə rəsmi Moskvanın bu məsələ ilə bağlı qeyri-ermənipərəst neytral mövqe tutması və tərəfləri səbrlə sülhə, danışıqlara dəvət etməsi, eləcə də Ermənistanın hakimiyyət, parlament, ictimaiyyət səviyyəsində çox tanınmış insanlarının Qarabağ məsələsində kimlərinsə fitnəsinə gedib çox haqsız mövqedə olduqları, bu münaqişənin sonunun erməni xalqına xeyir gətirməyəcəyi barədə açıq çıxışları bütün bunlara səbəb olan amillərdəndir: "Bütün bunlardan sonra, Ermənistan cəmiyyətinin aşağı qatlarından və xalq, ictimai, siyasi, media səviyyəsindən Ermənistan tərəfinin Qarabağ məsələsindəki siyasi haqsız səhvləri barədə etirafları, barışıq çağırışları, Bakıya səfərləri və ya, səfər cəhdləri oldu. Və nəhayət, daha bir ciddi ilk. Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin Ğarabağ probleminin həllinə dair, xalq diplomatiyası və xalqlar arası anlaşma strategiya mövzulu geniş məqaləsi. Dövlətin önəmli siyasi fiquru səviyyəsindəki bu çıxış göstərirdi ki, Azərbaycan tərəfi sülh danışıqlarının ədalətli nəticəsinə uygun olaraq, real barışığa həm dövlət, həm xalq miqyasında hazırdır və kənara da çəkilmir.
Bütün bunlardan sonra da, ilk dəfə olaraq Bakıda və bütün Azərbaycanda yaşayan 30 min ehtimal olunan erməninin bu vətənə və xalqa səmimi bağlı və öz ölkəsinin dövlətinin də haqqını birmənalı tam müdafiə edən vətəndaş kimi ictimai aktivləşməsi, və hətta, erməni əsilli, ad və soyadlı qızın media əməkdaşı, jurnalist kimi Azərbaycan, Bakı mətbuat orqanlarından birisində işə götürülməsi aydın oldu". İlqar Altay deyir ki, bütün halda ermənilərdə bizlərə qarşı olan mənfi münasibət heç bir zaman dəyişməyəcək: "Çox gənc, tələbə vaxtım idi. Xutorda
kiçik evlərin birində kirayədə qalırdım. Qonşuda bir erməni ağbirçək Rita arvad var idı. Geniş düşüncəli və sözlü-söhbətli, azərbaycanlılara qarşı da münasibətli, qaynayıb qarışan idi. Həm də ciddi futbolun, "Neftçi"nin azərkeşi idi, bir oyununu buraxmırdı. Bir gün, "Ararat" Bakıya "Neftçi" ilə oynamağa gəldi. Nəsə birdən soruşdum ki, Rita xala, istərdin, kim udsun bu oyunu, amma düzünü de. Arvad fikrə getdi. Dedi ki, istərdim, "Neftçi" hamını udsun, çempion olsun, bircə, "Ararat"a uduzsun... "Ararat" isə hamıya uduzsun, lap liqadan da çıxsın, bircə "Neftçi"ni udsun. Bilmədim, necə çıxdım ordan. Şokdan başım gicəlləniridi. Ona görə yox ki, bir erməni kimi erməni komandasının tərəfini tuturdu. Ona görə ki, hər zaman "Neftçi"yə təəssübkeşlik et, istə və son anda "Ararat"ın tərəfini tut. Bu necə olur? İllər ötdü, Bakı, Moskva, Orta Asiya, Avropa və hər yerdə ermənilərlə təmasda bunu bildim. Erməni ilə qonşu, tanış, dost ol, hətta kirvə ol, amma heç vaxt arxayın olma ki, səni ən yaxşı saysa belə, özünkünün ən pisindən üstün sayacaq. Haqlı-haqsız. Bu da bunlarda bir ümummilli xüsusiyyətdir. Yəni həyat, tale bizi ermənilərlə qonşu edib. Bizim seçimimiz deyil. Tarixdə dəfələrlə ermənilərlə qanlı, faciəvi düşmənçilik olub. Sonra barışıq və hətta münasibətlər olub. Sevgidən, ya istəkdən yox, həyatın, talenin diktəsindən. Ancaq bu sonuncu Qarabağ dərsindən sonra, sülh bağlanıb haqqımızı geri alsaq belə bunlarla qonşuluq və s münasibətlərimizi o qədər ehtiyatlı, işimizi möhkəm qurmalıyıq ki, bunların bizlərə qarşı həmin o, erməni xislətli "Ararat" ya "Neftçi" seçiminə imkanları olmasın. Seçimi biz özümüz edək. Amma burada bir əsas məsələ var. Qarabağ siyasətimizdə düşüncə qeyri-müəyyənliyi və savadsızlığımızı ortadan götürməliyik. Aydın bilməliyik ki, Qarabağ məsələsi, yəni torpaqlarımızın işğaldan azad edilməsinin iki yolu var. Müharibə ya sülh. Və bunu özümüz üçün konkret müəyyən etməliyik ki, nə, hansı yolu istəyirik. Əgər ki, müharibədirsə, ötən apreldəki kimi güc qoyub, tam sonacan irəliləməliyik. Hər şeyi, beynəlxalq sülh danışıqlarını, təşkilatları, böyük fövgəl gücləri kənara qoymaqla. Və belə cürətli addımın yalnız bir-qələbə tərəfini düşünməklə. Yox, əgər məsələnin həlli sülh variantıdırsa və biz də neçə illərdir ərazimizi sivil sülh yolu ilə bərpa etmək istəyiriksə, o zaman sual, yaranır. Biz, insan və cəmiyyət olaraq sülhün bizi qane edən variantına belə, hazırıqmı? Yəni, bizim Qarabağ məsələsinin sülh danışıqları yolu ilə həllinin yekun nəticəsi barədə təsəvvürümüz varmı? Sülh razılaşmasında göstərildiyi kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar status alıb, ərazi bütövlüyümüzlə hər şey öncəki durumuna qayıdırsa, ermənilərlə əvvəlki qonşuluq təmasını yaşamağa hazırıqmı? Yoxsa, elə bilirik ki, sülh razılaşması ermənilərin tam Qarabağ ərazisindən çıxarılması deməkdir?"
S.İsmayılbəyli