Metroda VƏHŞİLİK: gənci ölümcül döydülər - VİDEO
Bursada Adil K. və Ənəs D. adlı iki şəxs metrodan ödənişsiz istifadə etmək istəyərkən onlara icazə verməyən Orhan Atmaca adlı təhlükəsizlik işçisini ölümcül döyüblər.
14 Dekabr 2016 13:43 DünyaBursada Adil K. və Ənəs D. adlı iki şəxs metrodan ödənişsiz istifadə etmək istəyərkən onlara icazə verməyən Orhan Atmaca adlı təhlükəsizlik işçisini ölümcül döyüblər. Hadisə gecə 23.55-də "Gökdere" metro stansiyasında baş verib.
Aldığı zərbələrdən huşunu itirən Orhan hadisə yerinə gələn ilk yardım briqadası tərəfindən ən yaxın xəstəxanaya çatdırılıb. Hər iki şəxsdən şikayətçi olan Orhan Atmaca reanimasiyadan çıxdıqdan bir neçə gün sonra bunları deyib:
Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, "stansiyalarda bir təhlükəsizlik işçisindən artığına icazə yoxdur. Təkbaşına özümüzü müdafiə edə bilmirik. Məndən sonra bir yoldaşımı da bıçaqlayıblar. Mənim bu hadisələrdən sonra psixologiyam pozuldu. İşdən çıxıram".