Gündəm
Binəqədi qəsəbə bələdiyyəsi İtaliyada keçirilən seminara qatılıb
Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi və Avropa Şurası proqrama üzv ölkələrin yerli özünüidarəetmə orqanları üçün İtaliyada seminar-təcrübə mübadiləsi təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda Azərbaycan, Gürcüstan, Moldova, Belarusiya, Ukrayna və digər ölkələrdən ümumilikdə 40-dan çox nümayəndə iştirak edir. Azərbaycanı sözügedən tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova təmsil edirlər. Proqramda ölkəmizdə, həmçinin, Binəqədi rayonunda bələdiyyələrin gördüyü işlər haqqında Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva təqdimatla çıxış edib.
“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilib.
Dövlət bütün sosial öhdəliklərinin yerinə yetirəcək
“Enerji ehtiyatlarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, dünyada baş verən geosiyasi proseslər Azərbaycan iqtisaiyyatına da təsirini göstərib və fikrimcə gələn ilin büdcəsi bu çağırışlara cavab verən bir büdcə layihəsidir.
Uşaqlar üçün yeni il şənliyi keçiriləcək
Dekabrın 25-də “Excelsior Hotel & Spa Baku” otelinin “Afurja” zalında uşaqlar üçün unudulmaz Yeni il şənliyi keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, şənlikdə uşaqlar al-əlvan şam ağacının ətrafında toplaşaraq Şaxta baba, Qar qız ilə əylənəcəli vaxt keçirəcəklər. Şənlikdə uşaqların əyləncəsinə sehrbaz şousu rəng qatacaq. Uşaqlar nağıl qəhrəmanları ilə görüşəcək və Şaxta babadan yeni il hədiyyələri alacaqlar.
Xameneinin müşaviri: “İran Qarabağ münaqişəsində vasitəçi ola bilər”
“Tərəflər istəyərsə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ola bilər”. Bunu açıqlamasında ali lider Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri və İslami Oyanış Assambeleyasının baş katibi Əli Əkbər Vilayəti deyib.
Azərbaycan əhalisinin sayı açıqlanıb
Dövlət Statistika Komotəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. “Olaylar”xəbər verir ki, komitədən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. İndi Azərbaycanda hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.
Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Ermənistan ombudsmanına müraciət olunub
Bakıda könüllü jurnalistlərin "Dilqəm və Şahbazı ziyarət et, həqiqəti gözünlə gör" təşəbbüs qrupunun təşkilatçılığı ilə tədbir keçirilib. 11 iyul 2016-cı ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluğunun ikinci ilin tamam olması ilə əlaqədar dünya jurnalistlərini də sıralarına cəlb edən azərbaycanlı jurnalistlər "Dilqəm və Şahbazı ziyarət et, həqiqətləri gözünlə gör!" adı altında bir təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun fəaliyyətini dəstəkləyən İtki və Tələfatlar üzrə İşçi Qrupu, Mətbuat Şurası, Dilqəm və Şahbazın Hüquqlarının Müdafiəsi Komitəsi, Azərbaycan Sosial Rifah Partiyasının təmsilçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən bugünkü tədbirdə MŞ sədri, deputat Əflatun Amaşov hər kəsi erməni girovluğundakı Dilqəm və Şahbazın azadlığa buraxılması üçün aparılan mübarizədə fəallığa çağırıb. O qeyd edib ki, dövlət bu istiqamətdə yüksək səviyyədə çalışır.
Tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar vergiyə cəlb olunacaqlar
Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib. Qlobal iqtisadi sarsıntıların, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini deyən Z. Səmədzadə bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür: "Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib.
Türkiyədə müxalifətçi professorun Qafqaz Universitetinin keçmiş rektoru ilə fotosu üzə çıxdı
FETÖ - Fətullahçı Terror Təşkilatı ilə əlaqədə ittiham olunan CHP-dən olan professor Ali Akdemirin Azərbaycan imamı ilə əlaqəsi ortaya çıxıb.
Deputat müdafiə nazirindən soruşdu: “Arvadının o qədər sərvəti haradandır?”
Ermənistan parlamentində ötən gün Qarabağda bundan sonra həlak olacaq və yaralanacaq erməni hərbi qulluqçularına görə sanballı kompensasiyaların verilməsini, bunun üçün hər işləyən vətəndaşdan ayda 1000 dram (2 dollara yaxın) pul tutulmasını nəzərdə tutan qanun layihəsi ikinci oxunuşdan keçib.
Vergi Məcəlləsində 200-dən çox dəyişiklik nəzərdə tutulur
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir.
Azərbaycanda çörək və quş ətinin satışı ƏDV-dən azad edilir
Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır. Məlumata görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
UNICEF Azərbaycanda hər bir uşaq üçün inkişaf konsepsiyasını irəli sürür
Təsis edilməsinin 70-ci ildönümündə, UNICEF dünyadakı uşaqlar üçün nail olunmuş olduqca böyük və əhəmiyyətli inkişafı bayram edir – və həyatları və gələcəkləri münaqişə, böhran, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəbindən təhlükədə qalmaqda davam edən milyonlarla uşağa çatması üçün təkidli çağırışını yeniləyir.
Nazir: “Buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək”
Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.
İntihara cəhd edən qız atasını məhkəməyə verdi
Türkiyədə 16 yaşlı məktəbli E.A. intihara cəhd edib. O, dərman içərək özünü öldürmək istəyib. O, dərhal xəstəxanaya çatdırılıb. Mədəsi yuyulan E.A. evə buraxılıb. Araşdırmalar nəticəsində məlum olub ki, qızın intihara cəhd etməsinə səbəb 1 il boyunca 50 yaşlı atasının təcavüzünə məruz qalmasıdır. Qız atasını məhkəməyə verərək təcavüzə məruz qaldığını etiraf edib.














