Binəqədi qəsəbə bələdiyyəsi İtaliyada keçirilən seminara qatılıb 

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi və Avropa Şurası proqrama üzv ölkələrin yerli özünüidarəetmə orqanları üçün İtaliyada seminar-təcrübə mübadiləsi təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda Azərbaycan, Gürcüstan, Moldova, Belarusiya, Ukrayna və digər ölkələrdən ümumilikdə 40-dan çox nümayəndə iştirak edir. Azərbaycanı sözügedən tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova təmsil edirlər. Proqramda ölkəmizdə, həmçinin, Binəqədi rayonunda bələdiyyələrin gördüyü işlər haqqında Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva təqdimatla çıxış edib.

Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa Birliyi və Avropa Şurası proqrama üzv ölkələrin yerli özünüidarəetmə orqanları üçün İtaliyada seminar-təcrübə mübadiləsi təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, seminarda Azərbaycan, Gürcüstan, Moldova, Belarusiya, Ukrayna və digər ölkələrdən ümumilikdə 40-dan çox nümayəndə iştirak edir. Azərbaycanı sözügedən tədbirdə Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova təmsil edirlər. Proqramda ölkəmizdə, həmçinin, Binəqədi rayonunda bələdiyyələrin gördüyü işlər haqqında Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva təqdimatla çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31