Tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar vergiyə cəlb olunacaqlar
Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib. Qlobal iqtisadi sarsıntıların, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini deyən Z. Səmədzadə bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür: "Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib.
14 Dekabr 2016 14:46 SosialVergilər Məcəlləsində 201 dəyişiklik edilir
Dekabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, prezident İlham Əliyev tərəfindən Milli Məclisə ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihələri təqdim edilib. Qlobal iqtisadi sarsıntıların, neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir etdiyini deyən Z. Səmədzadə bildirib ki, risklərin ölkə iqtisadiyyatına təsirinin azaldılması ilə bağlı ciddi işlər görülür: "Azərbaycan dövləti 25 illik müstəqillik dövründə çox ciddi uğurlar əldə edib. Son illərdə neftin ucuzlaşması, qlobal sarsıntılar Azərbaycan iqtisadiyyatına təsir edib. Təqdim edilmiş qanun layihələri bu təsirlərin azaldılmasına, ölkənin davamlı inkişafına xidmət edir". Vergilər naziri Fazil Məmmədov qeyd edib ki, təqdim edilmiş qanun layihələri nağd hesablaşmaların azaldılması, elektron ticarətin vergiyə cəlb olunması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanlarının göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədinə xidmət edir: "Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir". Onun sözlərinə görə,Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər vergi sistemində uçot sisteminin şəffaflaşdırılmasına xidmət edir. Vergi Məcəlləsinə ümumilikdə 201 dəyişiklik nəzərdə tutulur ki, bu da ölkədə vergi sisteminin təkmilləşməsinə, vergi yükünün yüngülləşdirilməsinə, bu prosesinin asanlaşdırlmasına xidmət edir. Dəyişikliklər eyni zamanda, bir sıra vergi ödəyəcilərinə güzəştlərin tətbiq edilməsini, bank sektorunda likvidliyinin artmasını, şəffalığın təmin olunmasını, qanun pozuntuları ilə bağlı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Nazir bildirib ki, Məcəllədə nəzərdə tutulan dəyişikliyə əsasən icbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirləri mənfəət vergisindən azad olunur. Onun sözlərinə görə, icbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirlərinin mənfəət vergisindən müddətsiz azad edilməsi ilə bağlı dəyişiklikləi layihəyə daxil edilib. Bundan başqa, Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Belə ki, ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsi 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan da ƏDV ticarət əlavəsi tutulacaq. Sənədə əsasən kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən, yəni malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq: "Bilirsiniz ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1996-cı ildən torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunub. Həmin məhsullar ticarət şəbəkələrində pərakəndə qaydada satılarkən digər məhsullarda olduğu kimi bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatların dəyəri vergi ödəyicilərinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı və yaxud almamağa hüququ olduğu haqda ƏDV nəzərə alınmadan məbləğ əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV-nin tutulan əməliyyatların dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurdular. Bu da pərakəndə satışda bahalaşmaya səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədi ilə pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı zamanı həmin məhsullardan ƏDV satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq". Vergilər naziri Fazil Məmmədov bildirib ki, tamadalar, müğənnilər, çalğıçılar, rəqqaslar, aşıqlar sadələşdirilmiş vergiyə cəlb olunacaqlar. Onun sözlərinə görə, bu məqsədlə Vergilər Məcəlləsinə 220.10 -220.12 maddələrinin ələvə edilməsi nəzərdə tutulur. Belə ki, Məcəllədə toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət növü ilə məşğul olanlar sadələşdirilmiş vergiyə cəlb olunacaq. Bu cür fəaliyyət növləri ilə məşğul olanların ayda sabit olaarq 30 manat, fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərənlər ayda 30 manat, çəkməçi, pinəçilər ayda 5 manat, saat, televizor, soyuducu və digrə məişət cihazlarının təmiri ilə məşğul olanlar 10 manat, fərdi evlərdə işləyən ev qulluqçuları, dayələr, bağbanlar, aşbazlar, gözətçilər, təmizləyicilər ayda 10 manat; nəqqaşlıq fəaliyyəti ilə məşğul olanlar isə 20 manat həcmində vergiyə cəlb olunması nəzərdə tutulur. Nazir onu da əlavə edib ki, bu fəaliyyət növü ilə məşğul olanlar aylıq vergini fəaliyyət göstərdiyi bölgəyə tətbiq olunan vergi əmsalına uyğun olaraq ödəyəcək. Belə ki, həmin kateqoriyadan olan şəxslər Bakı şəhəri, kənd və qəsəbələrində 2, Gəncə, Sunmqayıt və Xırdalana şəhərlərində 1,5, Abşeron rayonunun kəndləri və qəsəbələrində, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naftalan, Naxçıvan şəhərlərində 1, digər rayonlarda isə 0, 5 əmsalına uyğun olaraq vergi ödəyəcəklər.
Alim