“Günəşli” yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın xəbərinə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilib.

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 8 saylı dərin dəniz özülündə 302 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. "OLAYLAR"-ın xəbərinə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2925-2887 metr intervaldan sutkalıq 106 ton neft və 20000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" NQÇİ tərəfindən həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31