Azərbaycan əhalisinin sayı açıqlanıb
Dövlət Statistika Komotəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. “Olaylar”xəbər verir ki, komitədən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. İndi Azərbaycanda hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.
14 Dekabr 2016 14:53 SosialDövlət Statistika Komotəsi Azərbaycan əhalisinin sayını açıqlayıb. "Olaylar"xəbər verir ki, komitədən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr aylarında əhalinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabr ayının 1-i vəziyyətinə 9793,8 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır. İndi Azərbaycanda hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.