Gündəm
Deputat təklif edir: Müğənnilər daha çox vergiyə cəlb olunsun”
Müğənnilər daha çox vergiyə cəlb olunmalıdır. “Olaylar”xəbər verir ki, belə bir təkliflə millət vəkili Rüfət Quliyev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında Vergilər Məcəlləsinin müzakirəsi zamanı çıxış edib.
Lotereya oyunlarının reklamı ilə bağlı qadağalar sərtləşdirilir
Azərbaycanda lotereya oyunlarında və lotereyanın reklam bazarında bir sıra ciddi qadağalar tətbiq olunması nəzərdə tutulur. “Olaylar” xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında“Lotereyalar haqqında” qanuna nəzərdə tutulan dəyişikliklər və əlavələr müzakirə olunaraq, parlamentin plenar iclasına tövsiyyə edilib.
Nazir “offşor zonalar”a qarşı çıxıb
"Offşor zonalar”ın yaradılmasındansa iqtisadiyyatın daha səmərəli inkişafı məqsədi ilə digər formalar seçmək lazımdır. “Olaylar” xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatların “Offşor zonalar” yaradılması ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, “Offşor zonalar”ın Azərbaycanda yaradılmasına lüzum yoxdur:
Qəlyanın reklamı hansı fəsadlar yaradır?
Ölkədə “Reklam haqqında” qanunun bir sıra tələbləri pozulmaqda davam edir. Belə qanun pozuntularından biri də tütün və tütün məmulatları, eləcə də qəlyan və elektron siqaretlə bağlıdır. Milli Məclis tərəfindən "Tütün və tütün məmulatı haqqında" qanuna edilən son dəyişikliklər də belə halların qarşısının alınmasıma hədəflənib. Maraqlıdır, qanunvericilikdə edilən dəyişikliklərlə tütün məmulatlarının qanunsuz reklamının qarşısını almaq mümkün olacaqmı?
Sahibə Qafarova: “Azərbaycanın gender siyasəti nümunəvi modeldir”
Monteneqronun Budva şəhərində "Qərbi Balkanlarda və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi" mövzusunda konfrans keçirilib.
Pulla dolu 200 kiloluq seyfi belə oğurladılar - VİDEO
Eskişehirdə bir daşınmaz əmlak mərkəzinə girən maskalı şəxslər içərisində pul və çek olan seyfi qısa müddətdə oğurlayaraq hadisə yerindən uzaqlaşıblar. Milli.Az sozcu-yə istinadən xəbər verir ki, hadisə "71 Evlər" məhəlləsində səhər saat 4 radələrində meydana gəlib.
Xaçmazda 2 gün əvvəl qətl törədən şəxs tutulub
Xaçmazda qadını qətlə yetirən şəxs saxlanılıb. “Olaylar” DİN-ə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Xaçmaz rayon sakini Ruzalya Quçuyevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Turxan Nəsirov tutulub. İlkin araşdırma zamanlı məlum olub ki, hadisə münaqişə zəminində baş verib.
Paytaxtda 20 yaşlı gənc güllələndi
Bakıda 20 yaşlı gənc tanımadığı şəxslərin hücumuna məruz qalıb. “Olaylar” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.Belə ki, restoranların birindən çıxan 20 yaşlı Qurbanov Bayram Şamil oğlu tanımadığı şəxslərlə mübahisəsi düşüb və onların hücumuna məruz qalıb. Həmin şəxslərdən biri Qurbanovu bıçaqlayıb və hadisə yerindən qaçıb. Bıçaq onun sinə nahiyəsindən vurulub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
İsmayıllıda qanunsuz at kəsimi aşkar edilib
Dekabrın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) İsmayıllı Rayon Baytarlıq İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə reyd keçirilib. DBNX-nın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, reyd nəticəsində İsmayıllı rayon Qubaxəlilli kənd sakini 1967-ci il təvəllüdlü Həsənov Saleh Əmirxan oğlu gizlin şəkildə, qanunsuz olaraq Qubaxəlilli kəndinin qışlağında 3 baş atın kəsilmsis aşkar edilib. Araşdırma zamanı atların mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığı, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, gizlin şəkildə və antisanitar şəraitdə kəsildiyi müəyyən olunub. Kəsilmiş at cəmdəklərinin çəkisi 210 kq miqdarında olub. Antisanitar şəraitdə kəsilərkən aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Abonentlərin elektrik enerjisinə görə borcları artıq hesablanıb? - Rəsmi cavab
Abonentlərin elektrik enerjisinə görə borclarının artıq hesablanması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.
ABŞ-dan neftlə bağlı qərar
ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır. Bu barədə RİA Novosti məlumat verir.
Ölkəyə gətirilən lüks avtomobillərə aksiz dərəcələri artırılacaq
Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.
Sulutəpədə yerüstü piyada keçidi tikilir
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işlərinə başlanılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən keçid Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunur.
Elbəy Rzaquliyev – 90
Bu gün saat 17:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq Rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsinə dəvət edirik. Tədbir E.Rzaquliyevin kino fəaliyyətinə həsr olunub. Gecədə "Yaddaş" sənədli filmlər studiyasının istehsalı olan rejissor Mubariz Nagiyevin görkəmli sənətkara həsr edilmiş "Arzularını çəkən rəssam" sənədli filmi nümayiş olunacaq, rəssamın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təqdim olunacaq.
"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edildi
"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır.














