Elbəy Rzaquliyev – 90

Bu gün saat 17:00-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq Rəssamı Elbəy Rzaquliyevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsinə dəvət edirik. Tədbir E.Rzaquliyevin kino fəaliyyətinə həsr olunub. Gecədə "Yaddaş" sənədli filmlər studiyasının istehsalı olan rejissor Mubariz Nagiyevin görkəmli sənətkara həsr edilmiş "Arzularını çəkən rəssam" sənədli filmi nümayiş olunacaq,  rəssamın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təqdim olunacaq.

Azərbaycanın xalq rəssamı, Respublika Dövlət Mükafatı laureatı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev ona böyük şöhrət qazandıran Azərbaycan mədəniyyətinin istedadlı sənət ustalarındandı.

O, Bakıda ədəbiyyat və rəssamlıq sənətinə çox yaxın olan sadə bir ziyalı ailəsində dünyaya gəlmişdi. Rəsm çəkməyə isə onda maraq lap uşaq yaşlarından oyanmışdı. Məhz elə bu maraq da istedadlı gənci sonradan rəssamlıq məktəbinə gətirib çıxarmışdı. Orta rəssamlıq təhsili alan E.Rzaquliyevi seçdiyi sənətin incəliklərinə yiyələnmək arzusu sonradan, 1946-cı ildə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumağa sövq etmişdi.

E.Rzaquliyev təhsili müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıda, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdı. Onun "Doğma xalqımıza", "Qara Daşlar", "Bir məhəllədən iki nəfər", "Ögey ana", "Onun böyük ürəyi", "Telefonçu qız", "Arşın mal alan" (1965), "Sevil" və bir sıra digər filmlərin uğurlu ekran taleyində şübhəsiz ki, böyük əməyi olmuşdu.

E.Rzaquliyevin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən "Sevil" film-operasına verdiyi bədii tərtibat bu baxımdan xüsusilə diqqəti cəlb edi.

Sonrakı illərdə E.Rzaquliyevin adına mövzu və janrına görə müxtəlif olan bədii filmlərin titrlərində tez-tez rast gəlirik. Bunlardan "Skripkanın sərgüzəşti", "Yeddi gözəl", "Arxadan vurulan zərbə", "Bəxtiyar", "Görüş", "İstintaq davam edir", "Şeytan göz qabağında", "Bəyin oğurlanması", "Qəzəlxan" və digər kinolentlərdəki işlərini göstərə bilərik. Bu filmlərin hər birində biz rəssamın özünəməxsus təsvir və yaradıcılıq fantaziyasının cizgilərini görürük.

E.Rzaquliyevin "İnşaatçılar", "Əmək adamları", "Qələbə bayramı" rəsmləri, Bakının və Abşeronun peyzajı seriyasından olan işləri, xarici ölkələrə həsr etdiyi "Meksikada", "Hindistan abidələri", həmçinin akvarel seriyasından olan "Yaponiya", "ABŞ", "Rumıniya" və s. portret və rəngkarlıq işləri sənətsevərlərin marağına səbəb olmuşdur. Onu da qeyd edək ki, E.Rzaquliyevin "Xarici seriya"dan olan rəsmləri dəfələrlə respublika, ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş etdirilmişdi.

Rəssam "Azərbaycan Böyük Vətən müharibəsi illərində" mövzusundan olan əsərlərinə görə 1986-cı il üçün Respublika Dövlət Mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, görkəmli rəssam E.Rzaquliyev 2007-ci il  sentyabrın 15-də tarixində 81 yaşında vəfat etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31