"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edildi 

"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır.

"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov bildirib ki, "Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır. Nazir vurğulayıb ki, Azərbaycan Tələbə Kartı sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində fəaliyyət məqsədi daşıyır. Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov "Azərbaycan Tələbə Kartı" barədə ətraflı məlumat verərək digər ölkələrdən fərqli olaraq kartın tələbələrə pulsuz təqdim edildiyini vurğulayıb. "Avropanın bir çox ölkələrində tələbə kartı tələbələrə pul ilə paylanır. Amma Azərbaycan yeganə ölkədir ki, bu kart tələbələrə pulsuz təqdim edir. Bu kartlar bakalavr, magistr dərəcəsi olan tələbələri əhatə edəcək. Ümumilikdə kartlar 4 illik nəzərdə tutulur və kartlar təhsil bitənədək tələbələrin istifadəsində olacaq."-deyə deputat əlavə edib. Daha sonra çıxış edən rəsmi qonaqlar kartın tələbələr üçün mahiyyətini, bu kartın onların sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynadığını, həmçinin, gəncləri stimullaşdırma istiqamətində atılmış addımlardan biri olduğunu vurğulayıblar. Tədbirin sonunda isə hər təhsil müəssisəsindən bir neçə tələbəyə kartlar təqdim olunub və növbəti günlərdə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan digər tələbələrin də bu kartla təmin olunacağı qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31