Gündəm

Türkiyədə SƏFƏRBƏRLİK

14 Dekabr 2016 16:17

PKK, FETÖ, İŞİD-ə və bütün terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edirəm.

"Səfər Azərbaycan İsrail münasibətlərinin yüksək səviyyəyə çatdığını göstərdi"

14 Dekabr 2016 16:13

"İsrailin Baş naziri Benyamin Netahyahunun Azərbaycana səfəri və səfərin yekunları bir daha göstərdi ki, iki dövlət və xalqlar arasındakı dostluq, qardaşlıq münasibətləri yüksək səviyyəyə çatıb". Bu fikirləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev deyib. 

“Netanyahunun Azərbaycana səfərinin nəticələri” -VİDEO

14 Dekabr 2016 16:11

Sputnik Azərbaycan mətbuat mərkəzində “Cənubi Qafqaz” Politoloqlar Klubunun növbəti toplantısı keçirilib. Müzakirələrdə politoloq Arzu Nağıyev, Baku Network ekspertlər şurasının sədri Elxan Ələsgərov, “Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının nümayəndəsi Vahid Bayramov, eləcə də rusiyalı ekspert Pavel Klaçkov iştirak ediblər.  

Politoloq: "İsraillə Azərbaycanı tarixi köklər birləşdirir"- ŞƏRH

14 Dekabr 2016 16:10

“İsraillə Azərbaycanı həm siyasi, həm iqtisadi, həm humanitar həm də digər sahələrlə olan əməkdaşlıq münasibətləri birləşdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Niyaməddin Orduxanlı: "Əli Kərimli ifşa olundu"

14 Dekabr 2016 16:02

“Almaniyada yaşayan Sabir Rüstəmxanlının qardaşı Əlövsət bəyin Əli Kərimlinin mühacir biznesi ilə bağlı yazdığı statusu oxudum. Hər zaman ölkə mediasına açıqlamam da demişdim və bu günə qədər onlarla fakt olub ki, Əli Kərimli “siyasi mühacir” bisnesindən yaxşıca pul qazanır.” Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

Prezident İlham Əliyev Milli Məclisə qanun layihəsi təqdim etdi

14 Dekabr 2016 16:01

Prezident İlham Əliyev ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutan qanun layihəsini Milli Məclisə təqdim edib.

NİDA üzvünün məhkəməsi başlayıb

14 Dekabr 2016 15:58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının məhkəməsi başlayıb.

Tiflisdə bank qarət olunub

14 Dekabr 2016 15:56

Tiflisdə bank qarət olunub. Məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda bir adam iştirak edib. Hələlik bankdan oğurlanan pulun məbləği açıqlanmır.

Qadının evində lüləsi kəsilmiş silah aşkar edilib

14 Dekabr 2016 15:53

Şəmkir sakininin evində odlu silah aşkar edilib. DİN-dən verilən mlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər Cəyir kəndində yaşayan Rəfiqə Abdullayevanın evinə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş "Karabin" markalı silah aşkar edilərək götürülüb. Araşdırma aparılır. 

Partlayıcı oyuncaqlar satan qadın saxlanıb

14 Dekabr 2016 15:52

Paytaxtda partlayıcı oyuncaqlar satan iki qadın saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Qaradağ və Xətai rayonu ərazilərində səyyari ticarətlə məşğul olan Xəlil Həsənovdan və Zemfira Əliyeva tutulub. Onlardan ümumilikdə 10100 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

44 nəfəri aldadan dələduz tutulub

14 Dekabr 2016 15:51

 Lənkəran şəhərində dələduzluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, onun Lənkəran rayon sakini Vüqar Baxşıyev olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun 2012-2015-ci illər ərzində 44 nəfər rayon sakinini aldadaraq onlardan ümumilikdə 90656 manat pul alması aşkar edilib. O, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə tutulub.

Mobil telefon oğrusu tutulub

14 Dekabr 2016 15:50

Dekabrın 12-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Nazənin Həsənlinin cibindən telefon oğurlanıb. DİN-dən verilən məlumata görə, Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Abbasov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 9-da "Elmlər Akademiyası" stansiyasında Bakı şəhər sakini Leyla Xəlilovanın da cibindən mobil telefon oğurlaması müəyyən edilib.

Cinayətkar dəstənin daha bir üzvü saxlanıb

14 Dekabr 2016 15:49

Neftçalada qətl törədən qrupun daha bir üzvü müəyyən edilib. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun digər üzvü - Cəlilabad rayon sakini Ruhid Şükürov tutulmuşdur.

Azərbaycanın İntellektual BİRincisi" layihəsinin final mərhələsi başa çatıb

14 Dekabr 2016 15:46

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə və "İrəli" İctimai Birliyi təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycanın İntellektual BİRincisi" layihəsinin final mərhələsi başa çatdı. İctimai Birlikdən verilən məlumata görə, 13 dekabr 2016-cı il tarixində Azərbaycan İntellektual BİRincisi layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilmişdir. “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan “Azərbaycanın İntellektual BİRincisi” layihəsini ərsəyə gətirdi.

Bu il Azərbaycana cəmi 198 luks avtomobil gətirilib

14 Dekabr 2016 15:45

2016-ci ildə Azərbaycana 198 luks avtomobil gətirilib. “Olaylar” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deyib. M. Vahabov bildirib ki, mühərrikinin həcmi daha yüksək olan luks avtonəqliyyat vasitələrinin aksizlərin qalıdırılması məsələsi vacibdir: “Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxal olunub. Məsələn 2015-ci ildə 160 lüks avtomobil idxal olunub. Bunun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərinə gətirilib. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub ki, bunun da 1 ədədi güzəştli qaydada idxal olunub”.