NİDA üzvünün məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının məhkəməsi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının məhkəməsi başlayıb. Məlumata görə, hakim Azad Məcidovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, həmin vəsatət təmin olunmayacağı təqdirdə vəkillərin yanında əyləşməsi və digər vəsatətlər verib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası dekabrın 21-ə təyin edilib.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində bu il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E. Qəhrəmanlıya barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31