Bu il Azərbaycana cəmi 198 luks avtomobil gətirilib
2016-ci ildə Azərbaycana 198 luks avtomobil gətirilib. “Olaylar” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deyib. M. Vahabov bildirib ki, mühərrikinin həcmi daha yüksək olan luks avtonəqliyyat vasitələrinin aksizlərin qalıdırılması məsələsi vacibdir: “Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxal olunub. Məsələn 2015-ci ildə 160 lüks avtomobil idxal olunub. Bunun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərinə gətirilib. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub ki, bunun da 1 ədədi güzəştli qaydada idxal olunub”.
14 Dekabr 2016 15:45 Sosial2016-ci ildə Azərbaycana 198 luks avtomobil gətirilib. "Olaylar" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin müzakirəsi zamanı deyib. M. Vahabov bildirib ki, mühərrikinin həcmi daha yüksək olan luks avtonəqliyyat vasitələrinin aksizlərin qalıdırılması məsələsi vacibdir: "Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxal olunub. Məsələn 2015-ci ildə 160 lüks avtomobil idxal olunub. Bunun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərinə gətirilib. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub ki, bunun da 1 ədədi güzəştli qaydada idxal olunub".
İdarə rəisi deyib ki, deməli insanların imkanı var: "Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82 faiz azalıb. Ancaq lüks avtomobil baxımından istehlkaçıların sayı daha da artıb". M. Vahabov həmçinin xəz dəri məmulatlarının da aksiz vergisinə cəlb olunmasının zəruriliyinin qeyd edib. O bildirib ki, bəzi ölkələr hətta xalça məmulatlarını aksiz vergisinə cəlb edirlər: "Bu gün istehlak bazarında kifayət qədər xəz dəri məmulatları var. Ona görə də aksiz vergisinə cəlb olunması zəruridir. Vergi Məcəlləsinə edilən dəyişiklil büdcənin gəlirlə hissəsinin formalaşmasına şərait yaradacaq".