Gündəm
Sənaye istehsalı 0,6 faiz azalıb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. Statistika Komitəsiindən verilən məlumata görə, sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,%, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2016-cı il vəziyyətinə 383,8 mln. manatlıq hazır məhsul olub.
Bir ildə büdcə kəsiri 69,2 dəfə artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə 12 965,5 mln. manat vəsait daxil olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,11% azdır. Hesabat dövründə büdcədən xərclənmiş vəsait isə 13 927,4 mln. manat olub ki, bu da illik müqayisədə 9,97% azdır. Nəticədə, bu ilin ilk 11 ayında büdcənin icrasında 961,9 mln. manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 69,2 dəfə çox kəsir yaranıb. Büdcə kəsirinin ölkənin ümumi daxili məhsuluna nisbəti isə 0,03%-dən 1,8%-ə yüksəlib.
Əhalinin gəlirlərinin neçə faizi kreditə yönəlir?
2016-cı ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,9% artaraq 40 mlrd. 28,5 mln. manata çatıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 79,4%-i və ya 31,783 mlrd. manatı son istehlak xərclərinə, 9,1%-i və ya 3,6 mlrd. manatı vergilərin, sığorta və üzvlük haqlarının, 2,6%-i və ya 1,041 mlrd. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,9%-i və ya 3,6 mlrd. manatdan bir qədər az isə yığıma yönəldilib.
“Apple AirPods” satışa çıxarılı
Yeznəsinin qulağını kəsdi
Bakıda qeyri-adi cinayət hadisəsi baş verib. “Olaylar”a daxil olan xəbərə görə, hadisə Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb. Belə ki, 59 yaşlı Famil Musa oğlu Bayramov qaynı ilə birlikdə evdə nahar edərkən yaranmış mübahisə zəminində döyülüb. Daha sonra qaynı onun sağ qulağını kəsib. F.Bayramov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun sağ qulağı həkimlər tərəfindən tikilib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Pİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları hadisəylə bağlı araşdırma aparıblar.
On ayda 56,2 min nikah, 10,7 min boşanma qeydə alınıb
Bu ilin ilk 10 ayı ərzində ölkə üzrə 46,5 min ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə 5,8 olub.Bundan başqa, qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 56,2 min nikah və 10,7 min boşanma halları qeydə alınıb.
“Qadınlar kənd təsərrüfatına aşağı məvaciblə cəlb edilir”
Qadın Konsensus Mərkəzi "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihəsinə yekun vurub. Mərkəzdən “Olaylar”a verilən məlumata görə, 2 ay davam edən layihə çərçivəsində Azərbaycanda kənd rayonlarda qadın fermerlərə təsərrüfatının inkişafına yardım etmək üçün problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrin möhkəmləndirilməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılması və s həyata keçirilib.
Lavrov: Suriyada 80 ölkədən on minlərlə terrorçu döyüşür
"Suriyada 80-dan çox ölkədən on minlərlə şəxs döyüşür. Söhbət terrorçulardan gedir". Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Bu türk ixtiraçı robotları kəşf etmişdi- ARAŞDIRMA
Bu elm adamı dövrümüzdən neçə əsr əvvəl su və mexaniki parçalar vasitəsi işləyən cihazlar yaratmış və gündəlik həyatda tətbiq etmişdi. Adı Cizrəli Ebül-İz olan bu ixtiraçı 800 il əvvəl yaşayıb. Başqa sözlə Əl-Cəzəri öz ixtiralarını Leonardo Da Vinçidən 150 il əvvəl yaradıb və kitablaşdırıb.
26 məktəb direktoru işdən çıxarılıb: 79 direktora xəbərdarlıq
Ötən tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılıb.
"Nardaran işi": Məhkəmə Cahangir Hacıyevin dindirilməsi barədə vəsatəti təmin etməyib - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Deputat vergi güzəştlərinə etiraz etdi
Deputat Vahid Əhmədov bir çox sahələrə vergi güzəştlərinin tətbiq edilməsindən narazılığını ifadə edib.”Olaylar” xəbər verir ki, V. Əhmədov bildirib ki, biz çox vergi güzəştləri tətbiq edilir: “Bu məsələyə çox ciddi baxmalıyıq. Ciddi vergi güzəştləri edirik. Ancaq bunlar iqtisadiyyatın inkişafına yox, onun ləngiməsinə gətirib çıxarır.Biz sənaye parklarını 7 il müddətinə vergidən azad etdik. Ancaq mən bunu məqbul saymıram. Əgər park məhsul istehsal edirsə və işləyirsə, məhsulları xaricə ixrac edirlərsə, daxildə satırlarsa, deməli, vergini verməlidirlər. 7 il müddəti ümumiyyətlə çox böyükdür. Bura kənd təsərrüfatı məhsulları da aiddir. Bunların əhatə dairəsi müəyyən olunmalıdır”.
Üzərinə həbs qoyulmuş əmlakın satış qaydası dəyişdirilir
Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakın satılması məbləği ilə bağlı “İcra haqqında” qanuna dəyişiklik edilir. “Olaylar”ın xəbərinə görə, prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “İcra haqqında” qanuna təklif olunan əlavə və dəyişiklər Milli Məclisə daxil olub. Təklif olunan dəyişikliyə görə, “İcra haqqında” qanunun “üzərinə həbs qoyulmuş əmlakın satılması” adlanan 53-cü maddəsinin 2-ci bəndinin 2-ci cümləsində “dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər” cümləsində 500 manat məbləği 5000 manat məbləği ilə əvəz olunur. Beləliklə də üzərinə həbs qoyulmuş əmlakın icra məmurunun müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satişi 5000 manat məbləğdən artıq olarsa, baş tuta biləcək.
Türkiyədə yeni inşa edilən stadionda CİDDİ XƏTA
Türkiyədə ilin hadisəsinə çevrilməkdə olan "Akyazı" stadionunun inşası zamanı yolverilən bir səhv şok effekti yaradıb. Qeyd edək ki, stadionda artıq tamamlanma işləri gedir və açılış mərasiminə az zaman qalıb.
Suriyada İran ordusunun daha bir komandiri öldürülüb
Suriyanın Hələb şəhərində İran ordusunun daha bir komandiri öldürülüb. İran İnqilab Keşikçiləri qvardiyasının "Tedmür İmha" taborunun komandanı Həsən Əkbəri Suriyanın şərqində gedən döyüşlərdə həlak olub.














