Sənaye istehsalı 0,6 faiz azalıb
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. Statistika Komitəsiindən verilən məlumata görə, sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,%, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2016-cı il vəziyyətinə 383,8 mln. manatlıq hazır məhsul olub.
14 Dekabr 2016 17:15 İqtisadiyyatAzərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-noyabr aylarında 28,8 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% az sənaye məhsulu istehsal edilib. Statistika Komitəsiindən verilən məlumata görə, sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,5%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,%, əmtəəlik qaz hasilatı isə 4,9% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,8% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9% artıb, neft sektorunda isə 1,3% azalıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2016-cı il vəziyyətinə 383,8 mln. manatlıq hazır məhsul olub.