Türkiyədə yeni inşa edilən stadionda CİDDİ XƏTA

Türkiyədə ilin hadisəsinə çevrilməkdə olan "Akyazı" stadionunun inşası zamanı yolverilən bir səhv şok effekti yaradıb. Qeyd edək ki, stadionda artıq tamamlanma işləri gedir və açılış mərasiminə az zaman qalıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Trabzonspor"un yeni stadionunun inşası zamanı futbolçuları daşıyan avtobusların paltar dəyişib-geyinmə otağına qədər aparması üçün nəzərdə tutulan tunelin tavanı alçaq inşa edilib.

Buna görə də məcburiyyətdən futbolçular stadionun çölündə avtobuslarından enərək paltar dəyişib-geyinmə otağına piyada gəlməli olacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31