Paytaxtda 20 yaşlı gənc güllələndi

Bakıda 20 yaşlı gənc tanımadığı şəxslərin hücumuna məruz qalıb. “Olaylar” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.Belə ki, restoranların birindən çıxan 20 yaşlı Qurbanov Bayram Şamil oğlu tanımadığı şəxslərlə mübahisəsi düşüb və onların hücumuna məruz qalıb. Həmin şəxslərdən biri Qurbanovu bıçaqlayıb və hadisə yerindən qaçıb. Bıçaq onun sinə nahiyəsindən vurulub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Bakıda 20 yaşlı gənc tanımadığı şəxslərin hücumuna məruz qalıb. "Olaylar" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.Belə ki, restoranların birindən çıxan 20 yaşlı Qurbanov Bayram Şamil oğlu tanımadığı şəxslərlə mübahisəsi düşüb və onların hücumuna məruz qalıb. Həmin şəxslərdən biri Qurbanovu bıçaqlayıb və hadisə yerindən qaçıb. Bıçaq onun sinə nahiyəsindən vurulub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31