ABŞ-dan neftlə bağlı qərar
ABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır. Bu barədə RİA Novosti məlumat verir.
14 Dekabr 2016 15:16 İqtisadiyyatABŞ-ın Energetika Nazirliyi yanvar ayından ölkənin strateji neft ehtiyatlarının satışına başlamağı planlaşdırır. Bu barədə RİA Novosti məlumat verir.
Məlumata görə, ABŞ Konqresi cari dövlət xərclərinin maliyyələşdirilməsinin davam etdirilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, strateji ehtiyatlardan 375,4 milyon dollar həcmində neftin satışı planlaşdırılır. Satışdan əldə edilən gəlirlərin isə strateji neft ehtiyatları ilə bağlı infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcəyi nəzərdə tutulur. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31