Pulla dolu 200 kiloluq seyfi belə oğurladılar - VİDEO
Eskişehirdə bir daşınmaz əmlak mərkəzinə girən maskalı şəxslər içərisində pul və çek olan seyfi qısa müddətdə oğurlayaraq hadisə yerindən uzaqlaşıblar. Milli.Az sozcu-yə istinadən xəbər verir ki, hadisə "71 Evlər" məhəlləsində səhər saat 4 radələrində meydana gəlib.
14 Dekabr 2016 15:24 DünyaEskişehirdə bir daşınmaz əmlak mərkəzinə girən maskalı şəxslər içərisində pul və çek olan seyfi qısa müddətdə oğurlayaraq hadisə yerindən uzaqlaşıblar.
Milli.Az sozcu-yə istinadən xəbər verir ki, hadisə "71 Evlər" məhəlləsində səhər saat 4 radələrində meydana gəlib.
Oğrular təxminən 200 kiloqram ağırlığında olan və içərisində 18 min TL nağd pul, 15 min TL-lik çek olan polad seyfi dükandan çıxarıblar.
Səhər seyfin oğurlandığını görən dükan sahibi Niyazi Başaran polislərə xəbər verib. Aparılan araşdırmalar və təhlükəsizlik kameralarının görüntüləri əsasında oğurluq hadisəsini 4 şəxsin törətdiyi müəyyən edilib.