Qəlyanın reklamı hansı fəsadlar yaradır?
Ölkədə “Reklam haqqında” qanunun bir sıra tələbləri pozulmaqda davam edir. Belə qanun pozuntularından biri də tütün və tütün məmulatları, eləcə də qəlyan və elektron siqaretlə bağlıdır. Milli Məclis tərəfindən "Tütün və tütün məmulatı haqqında" qanuna edilən son dəyişikliklər də belə halların qarşısının alınmasıma hədəflənib. Maraqlıdır, qanunvericilikdə edilən dəyişikliklərlə tütün məmulatlarının qanunsuz reklamının qarşısını almaq mümkün olacaqmı?
14 Dekabr 2016 15:39 Sosial"Onsuz da hamı bilir ki, hansı restoranda hansı qəlyan var"
Ölkədə "Reklam haqqında" qanunun bir sıra tələbləri pozulmaqda davam edir. Belə qanun pozuntularından biri də tütün və tütün məmulatları, eləcə də qəlyan və elektron siqaretlə bağlıdır. Milli Məclis tərəfindən "Tütün və tütün məmulatı haqqında" qanuna edilən son dəyişikliklər də belə halların qarşısının alınmasıma hədəflənib. Maraqlıdır, qanunvericilikdə edilən dəyişikliklərlə tütün məmulatlarının qanunsuz reklamının qarşısını almaq mümkün olacaqmı?
Məlumat üçün qeyd edək ki, dəyişikliyə əsasən tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. Daha dəqiq, tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Hansı ki, hazırda tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər. Tütün məmulatlarının reklamı isə Azərbaycanda qəlyana marağı artırmaqdadır. Hazırda elə bir restoran, kafe, bar tapmaq olmaz ki, orada qəlyandan istifadə edilməsin. Vəziyyət o dərəcədə açınacaqlı hal alıb ki, hətta çayxanalar müştəriləri açıq şəkildə qəlyana dəvət edirlər. Bunu elə paytaxtdakı çayxanaların tanıtım lövhələrində açıq-aydın görmək olar. İş orasındadadır ki, qəlyandan istifadə o dərəcədə geniş yayılıb ki, hətta qadınlar və azyaşlı uşaqlar aludəçiyə çevriliblər. Bu gün qəlyan çəkmək gənclərin ən sevimli məşğuliyyəti hesab olunur. Buna səbəb müxtəlif dad və meyvələrlə hazırlanan qəlyanın reklamıdır.
Millət vəkili Fazil Mustafa qeyd edib ki, hazırda hamı bilir ki, hansı restoranda hansı qəlyan var: "Qəlyan haqqında bütün məlumatlar reklamda göstərilməli deyil ki. Onun özünün reklamı kifayət edir ki, insanlar bilsinlər ki, harada hansı qəlyandan var, tərkibi nədir". Onun sözlərinə görə, acınacaqlı hal ondan ibarətfir ki, qəlyanın mənfi təsiri ilə bağlı heç bir məlumat verilmir, maarifləndirici iş aparılmır: "Nəticədə bu xəstəliyin miqyası artmağa başlayıb. Ona görə də yubanmadan ictimai yerlərdə siqaret çəkilməsi üçün məsuliyyət məsələsi müəyyən edilməli və belə yerlərdə siqaretin çəkilməsi birmənalı şəkildə qadağan edilməlidir. Xaricdə bu praktika var. Bizdə də tətbiq olunsa, insanlar çıxıb açıq havada çəkəcəklər ki, digərlərinə ziyan yetrməsinlər". Millət vəkili əlavə edib ki, keyfiyyətsiz tütün məmulatlarından xəstələnən insanların sayı artmaqdadır: "Çoxlu sayda ağciyər xəstəlikləri qeydə alınmaqdadır. Ona görə də təkcə bu qanunla kifayətlənmək olmaz. Xüsusən qəlyandan istifadənu məhdudlaşdırmanın yollarını tapmalıyıq. Qanunvericilikdə yüksək cərimənin tətbiqi bundan istifadəçilərin sayını azalda bilər. Türkiyədə sanksiyaların sərtləşdirilməsi ilə siqaret çəkənlərin sayı on dəfələrlə azaldı. Hesab edirəm ki, bizdə də insanlar heç olmasa öz sağlamlıqlarını qoruyacaqlar".
Deputat Gövhər Baxşəliyeva bildirib ki, tütün və tütün məmulatları haqqında qanuna dəyişikliklər müsbət haldır. Geniş ictimaiyyət yaxşı bilir ki, tütün məmulatlları insan orqanizminə nə qədər zərər verir: "Məni xüsusilə narahat edir gənclərin, yetkinlik yaşına çatmayanların tütün məmulatlarından istifadə etməsidir. Belə halların qarşısını almaq məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinə ehtiyac var". Millət vəkili qeyd edib ki, ilk növbədə tütün məmulatlarının zərərli təsiri haqqında maarifləndirmə işi çox gücləndirilməlidir: "Düzdür, hazırda da bu istiqamətdə maarifləndirmə işi aparlır, lakin bu kifayət qədər güclü deyil. Spirtli ickiləri yetkinlik yaşına çatmayanlara satmaq qadağan edildiyi kimi tütün məmulatları və qəlyanın da yetkinlik yaşına çatmayanlara satılması qadağan edilməlidir. Hamı bilir ki, xərçəng xəstəlikləri sırasında ən öncül yerlərdən birini ağciyər xəstəliyi tutur. Onun da yaranma səbəbinin 90 faizi tütün məmulatları və qəlyandan istifadədir. Türkiyə televiziyalarında belə bir praktika var ki, kimsə filmdə siqaretdən istifadə edirsə, o yeri göstərmirlər. Bu da bir növ tütün məmulatlarına qarşı mübarizə üsuludur. Bizdə də belə üsullardan istifadəyı yer verilməlidir".
Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, əslində qanunvericilikdə tütün məmulatlarından istifadəni məhdudlaşdıran bütün amillər nəzərə alınıb. Məsələ ondan ibarətdir ki, qanunun maddələrinin icrasında problemlərimiz var. Məsələn, uşaqlara siqaretin satılmaması məsələsi qanunda əksini tapıb. Amma çox təəssüf ki, hazırda 18 yaşına çatmayan uşaqlara ölkənin hər yerində siqaret satılır. Eyni zamanda, məktəblərə yaxın ərazilərdə tütün və alkaqollu içkilərin satılması əksini tapıb. Lakin qanunun icrası ilə bağlı ziddiyyətlər çoxdur: " Əslində ictimai yerlərdə siqaret çəkilməsinin qadağan ediməsi haqqında qanun layihəsi sosial siyasət komitəsində hazırdır. Demək olar ki, beynəlxalq standartlara uyğun qanun layihəsi var. Əgər bununla bağlı ayrıca qanuna ehtuyac yoxdur deyilirsə, həmin layihədəki maddələri mövcud qanuna əlavə etmək olar. Nəzərə almaq lazımdır ki, ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi artıq ictimai tələbata çevrilib. Ailələr, analar, kişik yaşlı uşaqlar müxtəlif ictimai yerlərdə mütəmadi olan insanlar belə bir qanuna nə qədər ehtiyac olduğunu vurğulayırlar. Aidiyyatı qurumların iştirakı ilə ictimai müzakirəyə ehtiyac var ki, nədən qanunlarda əksini tapan maddələr həyata keşirilmir. Onların icra mexanizmi tapılmalıdır".
Alim