Türkiyədə müxalifətçi professorun Qafqaz Universitetinin keçmiş rektoru ilə fotosu üzə çıxdı
FETÖ - Fətullahçı Terror Təşkilatı ilə əlaqədə ittiham olunan CHP-dən olan professor Ali Akdemirin Azərbaycan imamı ilə əlaqəsi ortaya çıxıb.
14 Dekabr 2016 14:42 SosialFETÖ - Fətullahçı Terror Təşkilatı ilə əlaqədə ittiham olunan CHP-dən olan professor Ali Akdemirin Azərbaycan imamı ilə əlaqəsi ortaya çıxıb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən bildirir ki, CHP-nin Kocaeli vilayətində yerləşən Böyükşəhər başqanlığına namizəd Ali Akdemir FETÖ ilə mübarizə tədbirləri çərçivəsində İstanbul Respublika Prokurorluğunun təlimatı ilə Kocaelidə nəzarət altına alınaraq İstanbul Təhlükəsizlik Müdirliyinə təslim edilib.
Akdemirin FETÖ ilə bağlılığı CHP ictimaiyyətində şok təsiri yaratsa da, onun bu təşkilatla əlaqəsinin olub olmadığı hələ dəqiqləşdirilməyib.
Amma Ali Akdemirin FETÖ-nün Azərbaycan imamı Əhməd Sanıçın dəvəti ilə Azərbaycanda birlikdə təhsil proqramlarına qatıldığı, bir yerdə şəkillər çəkildiyi ortaya çıxıb.
Ahmet Sanıç daha əvvəl FETÖ-nün Azərbaycandakı təhsil müəssisələrindən olan Qafqaz Universitetinin rektoru idi. 17/25 dekabr əməliyyatlarından sonra Ahmet Sanıç Qafqaz Universitetininin rektorluğundan azad edilib.
Azərbaycan mətbuatında Sanıçla bağlı çox təəccüblü iddialar da yer alıb. Bu iddialardan birində Qafqaz Universitetində təhsil alan tələbələrdən biri mətbu orqana məktub yazaraq universitetdə FETÖ təbliğini deşifrə etmişdi. Onun iddiasına görə, Ahmet Sanıç universitet tələbələrini bir yerə yığaraq terrorçu Gülənin qarğış videosunu izlədib və onlara zorla amin deməyə məcbur edib. Demədikləri halda isə universitetdən atmaqla təhdid edib.