İsrail-Azərbaycan əməkdaşlığının əhəmiyyətli tərəfləri

Gözələnildiyi kimi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Baxmayaraq ki, bu səfərdən ciddi narahatçılıq keçirən bəzi region ölkələri vardı, amma buna rəğmən nə rəsmi Təl Əviv, nə də Bakı İsrail baş nazirinin səfərinin təxirə salınması barədə belə düşünmədi. Əslində düşünməyə belə ehtiyac da yox idi. Çünki hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, Azərbaycanın hər hansı bir ölkə ilə, o cümlədən İsraillə bu və ya digər dərəcədə əməkdaşlığı üçüncü bir ölkəyə qarşı yönəlməyib. Bunu hər kəs dəqiq bilməlidir. Digər tərəfdən İsraillə Azərbaycanı bir-birinə bağlayan tarixi köklər var. Və bu münasibətlər həmin tarixi köklərə əsaslanaraq hər keçən gün bir qədər də inkişaf edir.

Və bu əhəmiyyəti dərk etməyənlərin mənasız hay-həşiri

Gözələnildiyi kimi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri yüksək səviyyədə baş tutdu. Baxmayaraq ki, bu səfərdən ciddi narahatçılıq keçirən bəzi region ölkələri vardı, amma buna rəğmən nə rəsmi Təl Əviv, nə də Bakı İsrail baş nazirinin səfərinin təxirə salınması barədə belə düşünmədi. Əslində düşünməyə belə ehtiyac da yox idi. Çünki hər şeydən əvvəl onu nəzərə almaq lazımdır ki, Azərbaycanın hər hansı bir ölkə ilə, o cümlədən İsraillə bu və ya digər dərəcədə əməkdaşlığı üçüncü bir ölkəyə qarşı yönəlməyib. Bunu hər kəs dəqiq bilməlidir. Digər tərəfdən İsraillə Azərbaycanı bir-birinə bağlayan tarixi köklər var. Və bu münasibətlər həmin tarixi köklərə əsaslanaraq hər keçən gün bir qədər də inkişaf edir.

"Atlas" Arasdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyir ki, Israil Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. O, bildirib ki, 1990-ci illərdə iki dövlət arasında əlaqələr yeni qurulmağa başlasa da, müsəlman Azərbaycanla yəhudi dövləti olan İsrail arasında qarşılıqlı anlaşma yaranıb: "İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər edib. Bu qısa səfər bir neçə saat çəkib, İsrailin baş nazirinin təyyarəsi Cənubi Koreyadan İsrailə geri dönərkən Bakı hava limanına enib. Ancaq bir neçə saatlıq səfər kifayət edib ki, Benyamin Netanyahu ilə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev arasında sıx dialoq qurulsun. Üstündən 12 il keçdikdən sonra, 2009-cu ildə Azərbaycana İsrailin o zamankı prezidenti Şimon Peres səfər etdi. Bir il sonra isə Azərbaycana İsrailin xarici işlər naziri Aviqdor Liberman gəldi".

Düzdür Təl Əviv-Bakı münasibətlərinə zərbə vurmaq, bu münasibətlərə kölgə salmaq məqsədilə bir müsəlman ölkəsinin yəhudi dövləti ilə necə əməkdaşlıq etdiyi irad kimi səsləndirilsə də, əslində bunun da cavabı aydındır. Və görünən odur ki, bu fikir səsləndirənlərin məqsədi heç də müsəlman təssübkeşliyi deyil. Digər tərəfdən İsraillə əməkdaşlıq edən yeganə müsəlman ölkəsi də Azərbaycan deyil: "Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi , ortaq mədəniyyəti, dili bölüşən İordaniya da İsrailin münasibətləri həmişə yüksək səviyyədə qurub. Yaxud Türkiyə, Misir kimi İslam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərinin uzun illər İsraillə sıx əlaqələri olub. Bu gün İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyəti inteqrasiya etmiş , orduda, parlamentdə təmsil olunurlar. Həmçinin İsrail rəsmiləri müsəlman ölkəsi kimi yeganə olaraq Azərbaycana gəlmirlər. Məlum olduğu kimi İsrail baş nazir Azərbaycandan sonra Qazaxıstana da səfər edəcək.

Maraqlıdır ki, İsrail baş nazirinin Azərbaycana səfərinə ilk kəskin reaksiyanı İran verib. Politoloq Elxan Şahinoğlu deyir ki, Tehran keçmiş illərdə də Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxıb, bununla bağlı sərt açıqlamalar veriblər: " Bu

dəfə də belə oldu. Benyamin Netanyahunun Bakıya səfərindən bir neçə gün öncə İrandan Azərbaycanın ünvanına sərt açıqlamaların sayı artdı. İranlı rəsmilər və din xadimlərinin Netanyahunun Azərbaycana səfərinə sərt etirazının başqa səbəbi də var: Tehran ehtimal edə bilərdi ki, Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycanın İsraildə səfirlik açılması prosesini sürətləndirə bilər. Tehran bunu istəmir və bilir ki, rəsmi Bakı İsraildə səfirliyin açılması məsələsində İranın sərt mövqeyini nəzərə alır. Halbuki, rəsmi Bakının gözləmə mövqeyində dayanması İranın Azərbaycana qarşı siyasətini sərtləşdirir. Benyamin Netanyahu Ilham Əliyevi İsrailə səfərə dəvət edib. Azərbaycan prezidentlərindən heç biri bugünə qədər İsrailə səfər etməyib. Səfərin reallaşması üçün isə Azərbaycanın İsraildə səfirliyi açılmalıdır. İranlı rəsmilər və din xadimləri anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müasir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrailin müasir silahlarının işğalçıya necə böyük zərbələr vurduğunu hamı gördü. Üstəgəl İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır".

Burada bir məqama diqqət çəkmək lazımdır ki, müsəlman həmrəyliyindən danışan cənub qonşumuz, ancaq Dağlıq Qarabağ problemində bu həmrəyliyi nədənsə yada salmaq istəmir. Belə ki, İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Tehran Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxmayıb. Digər tərəfdən, bu gün Netanyahunun Azərbaycana səfərinə etiraz edən İranın bütün sabiq prezident və vitse-prezidentləri isə dəfələrlə Ermənistana səfər edib, Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Həmçinin İranla Ermənistan arasında viza rejimi qaldırılıb. Hazırda isə İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Əcəba İranda Ruhaninin Ermənistana səfəri ərəfəsində müsəlman həmrəyliyi niyə yada düşmür?. Məgər 1 milyondan çox müsəlmanın öz yurd yuvasından didərgin salınmasına İsrail bais olub, yoxsa Tehranın qucaq açdığı Ermənistan?. Bu gün Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır.

Politoloq onu da qeyd edib ki, İrandan fərqli olaraq Azərbaycan Fələstin məsələsində hər iki tərəflə normal münasibətlər saxlayır: "Ən maraqlısı odur ki, iranlı rəsmilər, diplomatlar və din xadimləri Azərbaycan-İsrail münasibətləri və Netanyahunun Bakıya gəlişi əleyhinə açıqlamalar verən gün Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti "Boeing"in amerikalı rəhbərliyi ilə böyük müqavilə imzalandı. Bu müqaviləyə görə, İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. Bu ikili standartların ən bariz nümunəsidir. İran rəsmiləri və din xadimləri Amerikanı bu gün də "böyük şeytan" və İsrailin əsas dəstəkçisi adlandırırlar. Buna baxmayaraq, "böyük şeytan" adlandırdıqları ölkənin ən böyük şirkətinə 17 milyard dollar pul ödəyəcəklərinə dair müqavilə imzalayırlar. Bütün halda Tehranın sərt reaksiyaları uğursuz oldu. Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu oldu. Netanyahunun özü də səfər etdiyi Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər

zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı". Politoloqun sözlərinə görə, Benyamin Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı: "Birinci amil. Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bugünə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfəydi iki dəvlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi "İsgəndər" raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var. İkinci amil. Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salmış erməni lobbisi Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırırlar. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır"

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31