Putin hədiyyəni rədd etdi
Gələn həftə Yaponiyaya səfəri planlaşdırılan Rusiya prezidenti Vladimir Putin Yaponiya dövlətinin ona hədiyyə etməyi düşündüyü iti rədd edib.
14 Dekabr 2016 14:12 DünyaGələn həftə Yaponiyaya səfəri planlaşdırılan Rusiya prezidenti Vladimir Putin Yaponiya dövlətinin ona hədiyyə etməyi düşündüyü iti rədd edib.
Yapon millət vəkili Koichi Hagiua hədiyyənin rədd edilməsi ilə bağlı heç bir açıqlama verməyib.
NTV - nin xəbərinə görə Yaponiya 2012 - ci ildə Rusiyanın prezidenti Vladimir Putinə Yume adlı, Yapon əsilli dişi Akita cinsli it hədiyyə etmişdi. Növbəti hədiyyənin isə Yumeyə həyat yoldaşı olaraq verilməsi düşünülmüşdü.
Yapon millət vəkili Hagiuada sosial şəbəkədə paylaşdığı statusunda "Üzülərək söyləyirəm ki, aldığımız xəbərə görə kürəkən hədiyyəmiz rədd edilib".
Əgər hədiyyə qəbul edilsəydi gələn həftə Yaponiyada nəzərdə tutulan görüşdə Yapon baş naziri Shinzo Abe Putinə təslim edəcəkdi.