Dərslik, kitab və tədris materiallarında reklam qadağan edilir

Dərslik, kitab və tədris materiallarında reklam qadağan olunacaq. “Olaylar” xəbər verir ki, bu məsələ “Təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Dərslik, kitab və tədris materiallarında reklam qadağan olunacaq. "Olaylar" xəbər verir ki, bu məsələ "Təhsil haqqında" qanuna nəzərdə tutulan dəyişiklikdə əksini tapıb. Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında "Təhsil haqqında" qanuna dəyişiklik məsləsi müzakirə olunub. Təhsil haqqında" qanunun 11.4-cü maddəsi "dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitablarda reklam yerləşdirilə bilməz" formasında yeni redaksiyada verilir. Qanunun 11.5-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməsi nəzərdə tutulur .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31