Daşkənddə Ulu öndər Heydər Əliyevin anım günü geniş qeyd olunub
Azərbaycanın Özbəkistandakı Səfirliyində ulu öndər Heydər Əliyev anılmışdır. Səfirklikdəki dahi rəhbər Heydər Əliyevin büstünün qarşısına əklil və gül dəstələri qoyulmuş, çıxış edən Səfir Hüseyn Quliyev ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmlənməsindəki müstəsna xidmətlərindən danışıb.
14 Dekabr 2016 13:58 SosialAzərbaycanın Özbəkistandakı Səfirliyində ulu öndər Heydər Əliyev anılmışdır.
Səfirklikdəki dahi rəhbər Heydər Əliyevin büstünün qarşısına əklil və gül dəstələri qoyulmuş, çıxış edən Səfir Hüseyn Quliyev ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmlənməsindəki müstəsna xidmətlərindən danışıb.
Qeyd edək ki, anım mərasimi ilə əlaqədar Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yerləşən ulu öndərin büstünün qarşısına gül-çiçəklər düzülmüşdür. Mərkəzin foyesində "Ulu öndər Heydər Əliyev fotoşəkillərdə" adlı fotosərgiyə baxış keçirilib.
Daha sonra Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzi Özbəkistanın "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalına qoşulmuşlar.
Azərbaycan tərəfi xeyriyyə festivalında builki iştirakını ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edib və Festivalın rəsmi sponsoru olub.
Tədbirdə Daşkənd Şəhər Hakimiyyətinin nümayəndəsi Olimbay Muxamedov çıxış edərək şəhərdə fəaliyyət göstərən onlarla internat evinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları üçün təşkil olunan tədbirin əhəmiyyətindən danışaraq, gələcək nəsillər olan uşaqlara qayğının vacib olduğunu qeyd etdi, xeyriyyə festivalına qoşulan bütün təşkilatlara, o cümlədən Azərbaycan tərəfinə öz təşəkkürünü bildirdi.
Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev uşaqlara Azərbaycan-Özbəkistan dostluğu haqqında danışaraq, liderlərimiz Heydər Əliyev və İslam Kərimovun əsasını qoyduqları dostluğumuzun əbədi olacağına inandığını qeyd etdi.
Səfir hər bir xalqın gələcəyi olan uşaqları qorumaq, onlara yüksək qayğı göstərmək, yaxşı təhsil verməklə cəmiyyət üçün faydalı vətəndaş yetişdirməyin mümkün olduğunu söylədi.
Daha sonra Festivalda Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra özbək və dünya musiqilərini və rəqslərini ifa ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs ansamblı, habelə uşaq ansamblı milli rəqslərimizi ifa etdilər.
Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Azərbaycan Səfirliyi və onun nəzdindəki Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.
Daşkənddəki "Turon" sarayında uşaqlara nahar və sovqatlar verilib.