İŞİD kilsəni belə partlatdı - VİDEO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı bazar günü Misirin paytaxtı Qahirədə törədilmiş qanlı terror aktına görə məsuliyyəti boynuna götürüb.

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı bazar günü Misirin paytaxtı Qahirədə törədilmiş qanlı terror aktına görə məsuliyyəti boynuna götürüb.

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, Qahirədəki Müqəddəs Mark kopt kilsəsinin ərazisində yerləşən Müqəddəs Pyotr kilsəsindəki partlayışda 25 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdı.

Partlayışı Əbu Abdalla əl Məsri adlı şəxs reallaşdırıb.

O, içində 12 kq trotildən hazırlanmış partladıcı qurğu olan çantanı kilsəyə keçirib, sonra da kilsəni tərk edib.

Az sonra partlayış baş verib.

Kilsənin yerləşdiyi küçədə olan videokamera bu anları əks etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31