İstanbuldakı terror aktı ilə əlaqədar Azərbaycan səfirliyində xatirə kitabı açılacaq
Dekabrın 10-da Türkiyədə baş verən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
14 Dekabr 2016 13:14 SiyasətDekabrın 10-da Türkiyədə baş verən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Bu barədə səfirlikdən məlumat verilib.
Bildirilir ki, kitab dekabrın 15-də saat 14.00-dan 18.00-dək, dekabrın 16-da isə saat 10.00-dan 12.00-dək və saat 14.00-dan 18.00-dək açıq olacaq.
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena" futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31