Gündəm
Yeni prezident Qurana əl basdı
Özbəkistanın yeni seçilən prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Mirziyoyevə prezident vəsiqəsini təqdim edib.
Jirinovskidən TƏKLİF: "Kremlin ulduzları qartallarla əvəz edilsin"
Rusiya Liberal Demokrat Partiyası Kreml ulduzlarının qartallarla əvəz edilməsini təklif edib. Partiya sədri Vladimir Jirinovski bu ulduzların masonların rəmzi olduğunu iddia edib:
""Reket jurnalistlər"in şəbəkəsi iki qəzetin rəhbəri ilə yekunlaşmır..."
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərlinin müsahibəsi:
Bakı Nəqliyyat Agentliyindən xəbərdarlıq
Bakı Nəqliyyat Agentliyi havaların kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
Özünü polislərə nümunə göstərdi: "Kimisə öldürmək üçün səbəb axtarırdım"
Filippin prezidenti Rodriqo Duterte Davao şəhərinin meri olarkən cinayətdə şübhəli bilinən şəxsləri şəxsən qətlə yetirdiyini etiraf edib. Bununla o, polislərə nümunə olmağa çalışdığını deyib.
Dəmir yolu xəstəxanasında şişirdilmiş xərclər üzə çıxdı
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Nikaha hazırlaşan 4358 nəfərdə talassemiya aşkarlanıb
"Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb". Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.
Zaqatala rayonunda artıq ödəmələr aşkarlanıb
Hesablama Palatası 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini təsdiq edib.
“The New York Times” Netanyahunun səfərindən yazdı
“The New York Times” qəzetində İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri barədə material dərc edilib. Məqalədə göstərilir ki, səfər müddətində iki dövlət arasında bir sıra sazişlər, o cümlədən gəlirlərdən ikiqat vergi tutmanın aradan qaldırılması barədə Azərbaycan ilə İsrail arasında saziş imzalanıb.
Əli Kərimlinin mühacir biznesi ifşa edilir- SİYASİ RAKURS
AXCP sədri Əli Kərimlinin “miqrant alveri” ətrafında ortaya çıxanlar faktlar bu gün də nəzərə çarpmaqda davam edir. Onu da xatırlatmaq yerinə düşərdi ki, bu məsələnin yayılmasına səbəblərdən biri Avropada olan miqratların davasıdır. Belə ki, Avropada olan azərbaycanlı miqrantlar şəxsi ədavətləri nəticəsində bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getməsi haqqında olan sənədlər yayılır və bütün sənədlərdə isə Əli Kərimli imzası var. Məsələ o qədər qabarıq hal alıb ki, artıq “Yurd” sədri də məsələdən baş aça bilmir və bütün sübutları təkzib etməyə çalışır.
Mübariz Əhmədoğlu çağırış etdi
Son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir qrup erməni hüquq müdafiəçisinin Bakıya səfərinə, burada onların iştirakı ilə keçirilən tədbirlərə və səsləndirdikləri bəyanatlara tənqidi mövqedən yanaşan yazılar yerləşdirilir. Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bununla bağlı bildirib.
Xeyli miqdarda pirotexniki vasitələr aşkar olunub
Azərbaycana gətirilməsinə cəhd edilən 13 min 800 ədəd pirotexniki vasitələr aşkar olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 13min 800 ədəd pirotexniki vasitələr aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
13 min 990 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib
Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 min 990 nəfər əlilliyi olan şəxsə protez-ortopedik xidmətlər göstərilib.
Parlamentdə şahmatçılarla görüş keçirilib
Milli Məclisin (MM) Gənclər və idman komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib. “Olaylar” xəbər verir ki, görüşdə komitənin sədri Fuad Muradov və sədr müavini Ülvi Quliyev Azərbaycanda idmanın inkişafından və dövlət idman siyasətinin uğurlarından danışıblar.
Vergilər naziri parlamentə dəvət edilib
Dekabrın 14-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlar komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib. Gündəliyə çıxarılan əsas məsələlərdən bir Vergi Məcəlləsinə əlavə və dəyişikliklərdir. Layihədə Vergi Məcəlləsində ciddi dəyişikliklərin olunması nəzərdə tuitulub. Qeyd edək ki, bununla bağlı vergilər naziri Fazil Məmmədov da komitələrin birgə iclasına çağırılıb. Hazırda nazir F.Məmmədov iclasda iştrak edir.














