Xeyli miqdarda pirotexniki vasitələr aşkar olunub
Azərbaycana gətirilməsinə cəhd edilən 13 min 800 ədəd pirotexniki vasitələr aşkar olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 13min 800 ədəd pirotexniki vasitələr aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
14 Dekabr 2016 12:22 SosialAzərbaycana gətirilməsinə cəhd edilən 13 min 800 ədəd pirotexniki vasitələr aşkar olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 13min 800 ədəd pirotexniki vasitələr aşkar edilib.Faktla bağlı araşdırma aparılır.