Gündəm

Məktəblilərin peşə təhsilinə marağı artırılır

14 Dekabr 2016 12:11

Paytaxt məktəblilərinin peşə təhsilinə marağının artırılması məqsədilə ekskursiyalar təşkil olunub.

Almaniya səfirliyi Şəki ilə turizm sahəsində əməkdaşlığa maraq göstərir 

14 Dekabr 2016 12:09

“Şəkinin çox böyük iqtisadi potensialı və geniş turizm potensialı var. Ümid edirəm ki, bu qədim və gözəl şəhərə gələn alman turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq”.

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

14 Dekabr 2016 12:07

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri qış mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır.

Lökbatan-Qobu avtomobil yolu yenidən qurulur 

14 Dekabr 2016 12:05

Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. “OLAYLAR”-a “Azəravtoyol” ASC-dən bildirilib ki, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırlması istiqamətində işlərə başlanılıb.

“Şahdağ” Turizm Mərkəzinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib

14 Dekabr 2016 12:04

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şahdağ” Turizm Mərkəzində hesabat xarakterli müşavirədə iştirak edib. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mərkəzdə başa çatdırılan bəzi tikinti işləri, kanat yollarının texniki hazırlığı, birləşmiş istilik-elektrik mərkəzinin fəaliyyəti ilə tanış olduqdan sonra nazirə mərkəzin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri tərəfindən görülən və icrası planlaşdırılan işlərə dair hesabat məruzə edilib.

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” müsabiqəsinin qalibləri mükafatlandırıldı

14 Dekabr 2016 12:03

Gənc Heydərçilər Klubu və Səbail rayonu M.Rahim adına 7 saylı orta ümumtəhsil pilot məktəbinin birgə tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı inşa müsabiqəsinin qalibləri elan olunub.

Buraxılış imtahanları ilə bağlı daha bir QAYDA: mənfi qiymət alanlar...

14 Dekabr 2016 12:02

"Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alan şagirdlər 2-ci mərhələyə də buraxılacaqlar".

Məktəblər bağlandı - Səbəb

14 Dekabr 2016 11:56

Türkiyənin 27 əyalətində məktəblər bir günlüyə bağlanıb. Məktəblər güclü qar yağmasına görə tətilə buraxılıb.

Daha 1509 nəfərin ölkədən çıxışına qadağa qoyuldu

14 Dekabr 2016 11:54

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmış vergi ödəyicilərinin siyahısını yeniləyib. Bu barədə nazirlikdən bildirilib. 

“Rusiyanın hərbi dəstəyindən sonra ermənilərdə inam yaranıb” 

14 Dekabr 2016 11:47

“Ermənistan siyasi hakimiyyəti məlum aprel döyüşlərindəki uğursuzluqdan sonra ictimai rəyi hazırlamağa çalışırlar ki, biz qorxmuruq və müharibəyə hazırıq. Əslində Ermənistan prezidenti Serj Sarkisyan bununla ölkə ictimaiyyətinin narahatçılığına heç bir əsas olmadığına diqqəti çəkmək istəyir”. Bunu  millət vəkili Elşən Musayev deyib.

"Rusiyanın xarici siyasət konsepsiyası maraqlı məqamları ilə diqqəti cəlb edir"- TƏHLİL

14 Dekabr 2016 11:44

“Dekabrın 1 – i elan edilən Rusiyanın xarici siyasət konsepsiyası maraqlı məqamları ilə diqqəti cəlb edir. Ümumillikdə, bu konsepsiyada yer alan dəyişikliklər son 3 ildə baş verən beynəlxalq amillər ilə sıx bağlıdır. Moskva ABŞ – ın provokasiyalarına ciddi şəkildə cavab verəcəyini elan edir.  Eləcə də, sənəddə  ilk dəfə olaraq  Suriya və İŞİD haqqında cümlələrə rast  gələ bilərik. Digər maraqlı məqam şimal qonşumuzun  Ukraynanı prioritetlər siyahısında görməməsindədir”. Bunu SİA-ya siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib.

"Artıq Ermənistanla ikili formatda danışmağın əhəmiyyəti yoxdur" 

14 Dekabr 2016 11:43

"Artıq Ermənistan tərəfinin hərəkətləri birmənalı şəkildə onlarla ikili formatda danışmağın əhəmiyyətsiz olduğunu göstərir". Bunu  açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib. 

Suriyada cərəyan edənlər dünya müharibəsinin kiçik modelini xatırladır

14 Dekabr 2016 11:41

“İstər Suriyada, istərsə də İraqda baş verən proseslər, yaxın gələcəkdə bu bölgədə stabilliyin mümkünsüz olduğu qənaətini yaradır. Proseslərdə bu və ya başqa formada iştirakı olan dövlətlər öz maraqlarını uzlaşdırmadıqca, kiçik də olsa güzəştlərə getmədikcə, böhranın həllindən danışmaq yersizdir”. Bunu  açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.

Obama Hələblə bağlı tapşırıq verdi 

14 Dekabr 2016 11:39

ABŞ prezidenti Barak Obama Suriyanın Hələb şəhərində əhaliyə qarşı artan ekskalasiyanın fəallığının qarşısının alınması və humanitar yardımın əlçatılan olması üçün mümkün ölçülərin götürülməsi tapşırığını verib. SİA-nın məlumatına görə bu barədə “interfax.ru” saytı Ağ ev rəsmisi Coş Ernestin xəbərinə istinadən yazır.   Bundan əlavə, Obama Hələbdən çıxmaq istəyənlərə bu istiqamətdə yardım etmək tapşırığını da verib.

"Azərbaycanda müsəlmanlar ilə yəhudilər arasında əlaqələrin necə qurulmasının bir nümunəsi var"

14 Dekabr 2016 11:36

İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir.