Gündəm

Rusiya və Türkiyə Suriyanın ərazi bütövlüyü prinsipinə sadiqdirlər

14 Dekabr 2016 11:33

Suriya münaqişəsinin nizamlanmasında Rusiya və Türkiyənin məqsədləri üst-üstə düşür -  Moskva və Ankara Suriyanın ərazi və siyasi bütövlüyü prinsipinə sadiqdirlər.

Tramp ABŞ-ın DİN rəhbəri vəzifəsinə namizədini açıqlayıb

14 Dekabr 2016 11:31

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daxili işlər naziri postuna Respublikaçılar partiyasından Nümayəndələr Palatasının üzvü, “dəniz suitiləri” (Navy Seal)  xüsusi təyinatlılar dəstəsinin sabiq kapitanı Rayan Zinkin namizədliyini irəli sürüb.   

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib

14 Dekabr 2016 11:29

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib. Buna səbəb şəhərdə Rusiyanın əleyhinə aksiyaların keçirilməsidir.  Bu barədə Rusiyanın İstanbuldakı baş konsulluğunun mətbuat katibi Sergey Losev bildirib.      

Şəhidlərimizin xatirəsinə həsr olunmuş turnir keçirilib

14 Dekabr 2016 11:27

Qazax Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ”Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Qəhrəmanlar Unudulmur” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunda aprel döyüşlərində şəhid olmuş Orucov Mühüd Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol turniri başa catıb. “OLAYLAR”-ın xəbərinə görə, Qazax Olimpiya İdman Kompleksində keçirilən final tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri, idmançılar, gənclər, "N" saylı hərbi hissənin əsgərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. 

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

14 Dekabr 2016 11:25

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Atəşkəsin pozulması halları artır

14 Dekabr 2016 11:23

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 54 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Reklam qurğularının yerləşdirilməsi və təmizlənməsinə dair tələblər müəyyənləşib

14 Dekabr 2016 11:21

Nazirlər Kabineti “Reklam qurğularına Texniki Tələblər”i təsdiq edib. Məlumata görə, bu tələblər reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğularına qoyulan tələbləri müəyyən edir.

Güclü külək Lerik və Lənkəranda fəsadlar yaratdı

14 Dekabr 2016 11:19

Ötən gündən başlayaraq əsən güclü külək Lerik rayonunun elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və rayon mərkəzində elektrik enerjisinin verilişi dayandırılmışdı.

İŞİD Qahirədəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

14 Dekabr 2016 11:17

"İslam dövləti" terror təşkilatı Misirin paytaxtı Qahirədə kilsədə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə Trend İnterfaks agentliyinə istinadən xəbər verir.

Azyaşlı baldızını qaçıran şəxsə cinayət işi açıldı

14 Dekabr 2016 11:14

Bu il sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanı qaçıran rayon sakini Ələmdar Məmmədov barədə cinayət işi başlanıb.

Rusiya nəhayət etiraf etdi: "Vuruşuruq"

14 Dekabr 2016 11:13

Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı vətəndaş müharibəsində ölkə prezidenti Bəşər Əsədə dəstək olaraq orada rusiyalı hərbçilərin şəhər döyüşlərində iştirakını qətiyyətlə təkzib edirdi.

Təcavüz etmək istədiyi qadını avtobusda təpiklədi

14 Dekabr 2016 11:12

Türkiyədə daha bir qadın avtobusda təpiklənib. 46 yaşlı Murat adlı şəxs avtobusda Sevim T. adlı qadını təpikləyib. O, avtobusun qapısı açılan zaman qadına təpik vuraraq onu yerə yıxıb. Qadın müvazinətini saxlaya bilməyərək avtobusdan yerə düşüb. Onun köməyinə yaxınlıqdakı insanlar çatıblar. 

"Qarabağ üzrə danışıqlar masasında münaqişənin həlli üçün təkliflər var"

14 Dekabr 2016 11:10

Apreldə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttindəki hərbi fəaliyyət böyük sayda tələfata səbəb oldu və nümayiş etdirdi ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Aprel şəhidlərinin ailələri Avropa Məhkəməsinə müraciət ediblər

14 Dekabr 2016 11:08

2016-cı il aprel ayında cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan azərbaycanlı əsgərlərin ailələri Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediblər.

Facebook-a mobil telefonlarla daxil olanlara şad xəbər

14 Dekabr 2016 11:06

Android telefonu olan Facebook istifadəçilərinə yeni xəbər var. "Apple" istifadəçilərinə daha əvvəl gələn bu xüsusiyyət Android həvəskarlarına artıq yeniləmədən sonra gələcək.