Rusiya nəhayət etiraf etdi: "Vuruşuruq"

Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı vətəndaş müharibəsində ölkə prezidenti Bəşər Əsədə dəstək olaraq orada rusiyalı hərbçilərin şəhər döyüşlərində iştirakını qətiyyətlə təkzib edirdi.

Rusiyanın Müdafiə Nazirliyi Suriyadakı vətəndaş müharibəsində ölkə prezidenti Bəşər Əsədə dəstək olaraq orada rusiyalı hərbçilərin şəhər döyüşlərində iştirakını qətiyyətlə təkzib edirdi.

"Rusiyanın Suriyada hərbçiləri yalnız Hmeymim aviabazasındadırlar", - Rusiyanın Müdafiə Nazirliyinin rəsmi açıqlamaları belə idi.

Lakin rəsmi Moskva mövqeyini dəyişib və hərbçilərinin şəhərlərdə döyüşdüyünü etiraf edib.

Milli.Az bildirir ki, Dmitri Kiselyovun aparıcısı olduğu "Vesti Nedeli" proqramında ilk dəfə olaraq Suriyadakı rusiyalı hərbçilərlə bağlı süjet göstərilib.

Videokadrlarda rusiyalı desantçılar, xüsusi təyinatlılar var. Rusiyalı snayperlərin də Palmira, Homs, Dəməşq və Hələb şəhərlərindəki döyüşlərini əks etdirən kadrlar nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31