“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Gənc Heydərçilər Klubu və Səbail rayonu M.Rahim adına 7 saylı orta ümumtəhsil pilot məktəbinin birgə tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı inşa müsabiqəsinin qalibləri elan olunub.

Gənc Heydərçilər Klubu və Səbail rayonu M.Rahim adına 7 saylı orta ümumtəhsil pilot məktəbinin birgə tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı inşa müsabiqəsinin qalibləri elan olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, məktəbin direktoru Könül Həsənova layihənin önəmindən danışıb. "Gənc Heydərçilər Klubu" nun vitse-prezidenti Aytəkin Ədalət bildirib ki, Heydər Əliyev bu gün cismən aramızda olmasa da, ruhən Ulu Öndər bizimlədir. Onun ideyaları yaşayır və yaşayacaqdır. Sonra qaliblərə diplomları təqdim olunub. "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adli inşa müsabiqəsinin I yer üzürə qalib Əlizadə Firavan Süleyman qızı, II yer üzürə qalib Baxşı Fidan Müşfiq qızı, III yer üzürə qalib Nəcəfli Aysel Tofiq qızı "Gənc Heydərçilər Klubu"nun diplomlarıyla təltif olunub. Sonda direktor müavini Elmira İbrahimova gələn qonaqlara və qalibləri hər kəsə öz təşəkkürün bildirib gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31