Lökbatan-Qobu avtomobil yolu yenidən qurulur
Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. “OLAYLAR”-a “Azəravtoyol” ASC-dən bildirilib ki, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırlması istiqamətində işlərə başlanılıb.
14 Dekabr 2016 12:05 SosialBakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. "OLAYLAR"-a "Azəravtoyol" ASC-dən bildirilib ki, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılmış və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirir. Artıq bu problemin aradan qaldırlması istiqamətində işlərə başlanılıb. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilir və 10 m enində yeni torpaq yatağı inşa olunur. Daha sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisi, hazır hissələrə isə 2 qat olmaqla (7sm+5sm) yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1.5 m enində çiyinlərin tikintisi işləri də aparılacaq. Hazırda yolun 1.6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarlarının inşası da aparılır. Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mmdiametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri aparılıb.