Nikaha hazırlaşan 4358 nəfərdə talassemiya aşkarlanıb

"Bu il Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb". Bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.

2016-cı ildə Azərbaycanda nikaha daxil olmaq istəyən 4358 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. "Olaylar"xəbər verir ki, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabatda bildirib.

Güclü külək Lerik və Lənkəranda fəsadlar yaratdı

Onun sözlərinə görə, Mərkəzin ümumi laboratoriyasında il ərzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçib: "Mərkəzin Hemotologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb". O həmçinin qeyd edib ki, cütlüklərin nikahdan öncə müayinəyə cəlb edilməsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb: "2016-cı il ərzində 134 656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31