Yeni prezident Qurana əl basdı
Özbəkistanın yeni seçilən prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Mirziyoyevə prezident vəsiqəsini təqdim edib.
14 Dekabr 2016 12:51 DünyaÖzbəkistanın yeni seçilən prezidenti Şövkət Mirziyoyev parlamentin hər iki palatasının birgə iclası zamanı and içərək səlahiyyətlərinin icrasına başlayıb. Mərkəzi Seçki Komissiyasının sədri Mirziyoyevə prezident vəsiqəsini təqdim edib.
Ölkə Konstitusiyası və "Quran"a əl basan Ş. Mirziyoyev ölkə qanunları və Konstitusiyaya ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə, vicdanla Özbəkistan prezidenti üzərinə qoyulmuş səlahiyyətləri yerinə yetirəcəyinə söz verib və and içib.
Andiçmə mərasimində Özbəkistan Hökumətinin və Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici jurnalistlər iştirak ediblər. Azvision.az