Gündəm
Masazırda sürüşmə nəticəsində 7 ev yararsız vəziyyətə düşüb
“Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, sürüşmə, çökmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb, ərazidə yerləşən digər evlərin divarlarında isə çatlar əmələ gəlib. Hadisəsinin baş verdiyi yamacın maililiyinin 30 dərəcə təşkil etdiyini vurğulayan ekspedisiya rəisi qeyd edib ki, prosesin dinamikasında aktivlik davam etsə, digər evlər də təhlükə vəziyyətlə üzləşə bilər.
Fransua Ollanda Xocalı muraciəti
Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu rəhbərinin müavini Cavanşir Feyziyevin redaksiyamıza verdiyi məlumata görə, Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar Fransa Nümayəndələr Palatasının üzvü, Fransada fəaliyyət göstərən “Azərbaycanın dostları” Assosiasiyasının Sədri cənab Jan-Fransua Mansel Fransa Respublikasının Prezidenti Fransua Ollanda muraciət ünvanlayıb. Müraciətdə deyilir:
Süni qiymət artımına rəvac verənlər
Artıq “Novruz” bayramı qapımızın kandarındadır. Su və od çərşənbələrinə əlvida demişik. Amma insanları narahat edən, bu sevincə kədər qatan məsələlərdən biri bayram süfrəsi üçün lazım olan ərzağın bahalaşmasıdır. Ənənəyə görə, “Novruz” süfrəsinə yeddi cür nemət, müxtəlif şirniyyatlar düzülməlidir. Bunun üzərinə müasir Avropa disertlərini də əlavə etsək bayram süfrəsinə nə qədər ərzağın lazım olduğu aydın olar. Təəssüf ki, bayramda hər kəsin süfrəsini bol edəcəyini nəzərə alan alverçilər fürsətdən yararlanaraq qiymətləri süni şəkildə qaldırıblar.
Yeni iqtisadi inkişaf modeli -milli iqtisadiyyatın yol xəritələri
“Son bir neçə ildə dünya iqtisadiyyatının yeni siklə daxil olması, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrinə, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyib. Belə bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının liberallaşdırılması, rəqabət qabiliyyətinin artırılmasını, idxaldan asılılığın azaldılmasını, ixracyönümlü qeyri-neft sektorunun əsaslı inkişafının təmin edilməsini, insan kapitalından səmərəli istifadə edilməsi məqsədilə iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını, bu istiqamətdə davamlı və ardıcıl islahatların aparılmasını hökumətin qarşısında 2016-cı il üçün mühüm vəzifə olaraq müəyyənləşdirmişdi. Beləliklə, yeni iqtisadi strategiyanın hazırlanması və müvafiq institusional və konseptual islahatların həyata keçirilməsi ciddi bir zərurət olaraq ortaya çıxıb”.
SÖYLƏ, ŞAMAN...
“Bütün dünya bilir ki,….”
Keçən ilin aprel uğursuzluğundan heç bir nəticə çıxarmayan işğalçı Ermənistan yenidən cəbhədə təxribatlara əl atmaqla Qarabağda aktiv hərbi əməliyyatların başlamasına rəvac verir. Hər halda son bir neçə gün ərzində cəbhə xəttində törədilən təxribatlar, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum cəhdləri belə deməyə əsas verir. Məlum olduğu kimi fevralın 25-dən 26-na keçən gecə əsasən Füzuli və Xocavənd istiqamətində hücuma cəhd göstərən ermənilər ciddi şəkildə itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.
İşğal davam etdikcə Ermənistanı rahatlıq gözləmir
Keçən ayın son günlərindən cəbhə xəttində gərginliyin artması, ermənilərin müntəzəm olaraq təxribat cəhdlərində bulunması hərbi əməliyyatların yenidən və daha geniş miqyasda baş verəcəyi ehtimalını artırır. Xüsusilə işğalçı ölkənin aqressiyanı davam etdirməsi bu arzuedilməz tendensiyanın meydana çıxmasına səbəb olur. Elə ekspertlər də bu qənaətdədirlər ki, məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi və cəbhədə müntəzəm olaraq törətdiyi təxribatlar prosesləri mənfi məcraya yönəldir.
“Yaxın zamanlarda işğal altında olan bütün torpaqlarımız azad ediləcək”
Azərbaycanda həyata keçirilən uğurlu daxili və xaric siyasət beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir. Bununla kifayətlənməyən ölkəmiz yeni təşəbbüslərlə çıxış edərək dünya ölkələrinə töhvələr verməkdə davam edir. Bu və ya digər məsələlərlə bağlı suallarımız millət vəkili Dilarə Cəbrayılova cavablandırır.
Dollara tələbat artır
Dünya bazarlarında yaşanan məlum neft “fırtınasından” sonra milli valyutaların Amerika dollarına nisbətən dəyərdən düşməsi Azərbaycana təsirsiz ötüşmədi. Ötən müddət ərzində manat-dollar tarazlığının pozulması hazırda da davam edir. Bir neçə həftə əvvəl manat dollara nisbətən bir qədər dəyər qazansa da, lakin hazırda bunun əksi müşahidə edilməkdədir.
İŞİD lideri tərəfdarlarını dağlara çəkilməyə çağırıb
İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi tərəfdarları üçün vida nitqi ilə çıxış edib. Bu barədə “Alsumaria” televiziyası məlumat yayıb. Bağdadi son döyüşlərdə İŞİD-in məğlub olduğunu etiraf edərək tərəfdarlarını İraqın Naynava vilayətindəki dağlıq zonada gizlənməyə çağırıb.
“Azərbaycan dünyanın, xüsusilə də islam aləminin əksər dövlətlərindən daha azad mətbuata sahibdir”
Azərbaycan mətbuatının inkişaf dinamikası günü-gündən artmaqda davam edir. Məhz müstəqil mətbuatın inkişafı ölkədə söz və fikir azadlığnının təminatçısı kimi çıxış edir. Müsahibimiz “Həftə içi” qəzetinin əməkdaşı Vüsal Tağıbəylidir.
Lapşin vəkilindən imtina etdi
Azərbaycanda həbsdə olan belaruslu bloger Aleksandr Lapşin dövlət tərəfindən təyin edilmiş vəkilindən imtina edib. Bu barədə özəl olaraq vəkil Səfər Hüseynov məlumat verib. Vəkil bildirib ki, A.Lapşinin ikinci vəkil tərəfindən müdafiəsinə ehtiyac yoxdur və o, S.Hüseynovdan imtina edib. S.Hüseynovla A.Lapşin arasındakı müqavilə tərəflərin razılığı ilə pozulub.
Vüqar Bayramov: “Dolların satış kursu artırsa, deməli xarici valyutaya tələb artır”
"Valyutanın alınıb-satılması məsələsi, olduqca əhəmiyyətli və diqqət çəkən məsələlərdəndir. Əslində, hər bir şəxs valyuta bazarındakı dəyişiklikləri izləməklə valyuta satan və ya alan zaman risklərini müəyyən qədər sığortlaya bilər". Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ötən aydan etibarən bazarın və xüsəsən də, bankların prosesə təsir imkanları artıb. Buna görə də, Mərkəzi Bankın kursu artıq heç də bazardakı mənzərə anlamına gəlmir.
Kravçuk: “Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın 300 yaşı var”
Ukraynanın birinci prezidenti Leonid Kravçuk hesab edir ki, Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurmanın təməli 300 il bundan öncə qoyulub. Eks-prezident bunu “112” TV kanalına müsahibə verərkən deyib.
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanun da dəyişdirilir
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna dəyişiklik edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.














