“Bütün dünya bilir ki,….”

Keçən ilin aprel uğursuzluğundan heç bir nəticə çıxarmayan işğalçı Ermənistan yenidən cəbhədə təxribatlara əl atmaqla Qarabağda aktiv hərbi əməliyyatların başlamasına rəvac verir. Hər halda son bir neçə gün ərzində cəbhə xəttində törədilən təxribatlar, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum cəhdləri belə deməyə əsas verir. Məlum olduğu kimi fevralın 25-dən 26-na keçən gecə əsasən Füzuli və Xocavənd istiqamətində hücuma cəhd göstərən ermənilər ciddi şəkildə itki verərək geri çəkilmək məcburiyyətində qalıblar.

Azər Verdiyev: "Biz Ali Baş Komandanın rəhbərliyi ilə cəmi bir neçə aya torpaqlarımızı işğaldan azad edə bilərik"

"Lakin biz sülh tərəfdarıyıq və ermənilərin torpaqlarımızdan çıxmaları üçün bir növ vaxt tanıyırıq"

Keçən ilin aprel uğursuzluğundan heç bir nəticə çıxarmayan işğalçı Ermənistan yenidən cəbhədə təxribatlara əl atmaqla Qarabağda aktiv hərbi əməliyyatların başlamasına rəvac verir. Hər halda son bir neçə gün ərzində cəbhə xəttində törədilən təxribatlar, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum cəhdləri belə deməyə əsas verir. Məlum olduğu kimi fevralın 25-dən 26-na keçən gecə əsasən Füzuli və Xocavənd istiqamətində hücuma cəhd göstərən ermənilər ciddi şəkildə itki verərək geri çəkilmək məcburiyyətində qalıblar. Lakin Silahlı Qüvvələrimizin adekvat cavab tədbirlərindən ermənilər nəticə çıxarmaq əvəzinə gərginliyi bir qədər də artırmağa meyil göstərirlər. Belə ki, artıq işğalçı ölkə atəşkəsi yalnız kiçikçaplı silahlar deyil, minaatanlardan istifadə etməklə pozur ki, bu da qarşı tərəfə layiqli cavab verməyi zəruri edir. Elə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev Ermənistanın aqressiv siyasətinə qarşı beynəlxalq birliyin, xüsusilə ATƏT-in Minsk qrupunun səssizlik nümayiş etdirməsini də qınayıb. İctimai Birlik sədri bundan sonra baş verə biləcək mümkün hadisələr barədə də danışıb.

-Azər müəllim, Ermənistanın cəbhə boyu təxribatları davam etdirməsi fonunda bundan sonrakı prosesləri necə dəyərləndirirsiniz?

-Son 4 il ərzində işğalçı Ermənistan cəbhə boyu bütün istiqamətlərdə ciddi şəkildə təxribatlar törətməkdə davam edir. Hesab edirəm ki, cinayətkar Ermənistan iqtidarının bu mövqeyi mövcud status-kvonun qorunub saxlanmasına hesablanıb. Hansı ki bu vəziyyət uzunmüddət davam edə bilməz.

-Maraqlıdır ki, işğalçı ölkə növbəti təxribatlara məhz Xocalı soyqırımının ildönümündə başladı. Bu onu deməyə əsas verirmi ki, Ermənistan açıq şəkildə özünün soyqırım və işğalçılıq siyasətini davam etdirəcəyini dünyaya bir daha çılpaqlığı ilə nümayiş etdirir?

-Biz əgər son 10 ildə erməni tərəfinin törətdiyi təxribatların statistikasına baxsaq görərik ki, heç bir olay təsadüfi deyil. Bütün təxribatların mütləq şəkildə bir səbəbi vardır. Bu ya hansısa beynəlxalq tədbir öncəsi proseslərə kölgə salmaq üçün törədilib, yaxud da diqqəti Xocalı, Ağdaban kimi soyqırımlardan yayındırmaq məqsədi ilə həyata keçirilir. Bu mənada heç də bu təxribatların təsadüfi olmasına inanmaq olmaz

-Buna rəğmən dünyanın, beynəlxalq təşkilatların Ermənistanın bu siyasətinə cavab verməməsi, ona təzyiq göstərməməsi nəyə hesablanıb?

-Dünyada çox güclü islamafobiya formalaşmaqda davam edir. Bu birmənalı şəkildə ikili standartlarda özünü göstərməkdədir. Dağlıq Qarabağ münaqişəsində də biz bu ədalətsiz yanaşmanl hiss etməkdəyik. Ermənistan isə özünü xristian dininin təəssübkeşçisi kimi göstərməklə sanki məzlum, əzilmiş xalq rolunda çıxış edir.

-Məlum hadisələrdən bir müddət əvvəl Azərbaycan tərəfi bəyan edirdi ki, Ermənistan cəbhə xəttində hərbi texnika cəmləşdirir. Ancaq buna beynəlxalq səviyyədə heç bir reaksiya verilməməsi onu deməyə əsas verirmi ki, elə beynəlxalq aləmin özü Qarabağda yeni bir savaşın başlamasında maraqlıdır?

-Bilirsiniz, beynəlxalq ictimaiyyətdə nüfuz sahibi olan bəzi qurumlar çox təəssüflər olsun ki, maddi maraqların əsirinə çevriliblər. Artıq hər kəs bir çox beynəlxlaq təşkilatların erməni diasporası tərəfindən ciddi şəkildə maliyyə yardımı aldığını bilir. Bunun müqabilində isə həm Azərbaycan, həm də Türkiyəyə qarşı ciddi şəkildə ədalətsizliklərə yol verməkdədirlər.

-Azərbaycan Silahlı Qüvvələrinin nümayiş etdirdiyi növbəti qəhrəmanlıq insanlarda vətənpərvərlik ruhunu nə dərəcədə artıracaq?

-Ötən ilin aprel hadisələrindən sonra cəmiyyətimizdə çox yüksək səviyyədə qəhrəmanlıq ab-havası yarandı. Yüzlərlə gəncimiz, hətta qadınlarımız döyüşə könüllü şəkildə getməyə hazır olduqlarını bəyan etdilər. Eyni zamanda cəmiyyətdən əsgərlərimizə çox böyük mənəvi dəstək gəldi. 24 fevralda baş verən hərbi əməliyyatlarda isə bu ruh yüksəkliyi daha da artmış oldu

-Ümumiyyətlə, genişmiqyaslı hərbi əməliyyatlar mümkün görünürmü?

-İndiki halda bunun real olacağına inanmıram. Çünki burada çox təəssüflər olsun ki, böyük güclərin öz maraqlaarı var. Bütün dünya bilir ki, biz Ali Baş Komandanın rəhbərliyi ilə cəmi bir neçə aya torpaqlarımızı işğaldan azad edə bilərik. Lakin biz sülh tərəfdarıyıq və ermənilərin torpaqlarımızdan çıxmaları üçün bir növ vaxt tanıyırıq.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31