“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanun da dəyişdirilir
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna dəyişiklik edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.
1 Mart 2017 15:03 Sosial"Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanuna dəyişiklik edilir. "Olaylar" xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu müvafiq icra hakimiyyəti orqanlarını cəlb etməklə, siyasi repressiyaya məruz qalmış şəxslərin işlərini yoxlayır və yoxlamanın nəticələrinə əsasən məhkəmədən kənar tətbiq edilmiş repressiya ilə bağlı bəraət məsələsinə dair (müsbət və ya mәnfi həlli barədə) rəy verir. İndiyədək isə bu prosesdə Prokurorluq Daxili İşlər Nazirliyini və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyini cəlb etməklə yoxlama aparırdı.Qanuna nəzərdə tutulan dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.