İŞİD lideri tərəfdarlarını dağlara çəkilməyə çağırıb

İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi tərəfdarları üçün vida nitqi ilə çıxış edib.  Bu barədə “Alsumaria” televiziyası məlumat yayıb. Bağdadi son döyüşlərdə İŞİD-in məğlub olduğunu etiraf edərək tərəfdarlarını İraqın Naynava vilayətindəki dağlıq zonada gizlənməyə çağırıb.

İŞİD qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi tərəfdarları üçün vida nitqi ilə çıxış edib.  Bu barədə "Alsumaria" televiziyası məlumat yayıb. Bağdadi son döyüşlərdə İŞİD-in məğlub olduğunu etiraf edərək tərəfdarlarını İraqın Naynava vilayətindəki dağlıq zonada gizlənməyə çağırıb. İŞİD lideri nitqini vida nitqi adlandıraraq onu vaizlər arasında yayıb. Vaizlər isə artıq qruplaşmanın Naynava vilayətində və İraqın digər bölgələrində məruz qaldıqları məğlubiyyətlər barədə danışmağa başlayıb.  APA.az "RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31