Gündəm
Mikroavtobus dərəyə aşdı - ailənin 18 üzvü öldü
Boliviyada baş verən yol qəzasında eyni ailəyə mənsub olduğu bildirilən 17 nəfər ilə birgə mikroavtobus sürücüsünün həyatını itirdiyi bildirilir.
Prezident Münxen konfransında: Avrasiyada təhlükəsizliyə verilən töhfələr
Almaniyanın Münxen şəhərində keçirilən ənənəvi təhlükəsizlik konfransında dünyanın müxtəlif ölkələrindən mötəbər nümayəndələr iştirak edib.
Səfir: "Moldova Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir"
Moldova Dağlıq Qarabağdakı hadisələrin inkişafını diqqətlə izləyir. Bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuke deyib.
Mikayıl Müşfiqin abidəsi əvvəlki yerində qoyulacaq
Bakı şəhərində yol təmir-tikinti işləri ilə bağlı görkəmli şair Mikayıl Müşfiqin abidəsinin qısa zamanda bərpa olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Cocuq Mərcanlı kəndində yaşayış evləri sənədləşdirilir
Əmlak Məsələləri Dövlət Komitəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin əhalisinə məxsus əmlakların dövlət reyestrində qeydiyyatı, sakinlərin mülkiyyət hüquqlarının tanınması işini həyata keçirməkdədir.
Milli Məclis martın 7-də yığışacaq
Azərbaycan Milli Məclisinin martın 7-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib. Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxildir. Gündəlikdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik hesabatı, Milli Məclisin komitə üzvünün təyin edilməsi, Mərkəzi Bank idarə heyətinə yeni üzvlərin təyin edilməsi ilə bağlı sənədlər, “Telekommunikasiya haqqında”, “Lisenziya və icazələr haqqında”, “Sərhəd Qoşunları haqqında” qanunlara dəyişikliklər, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” yeni qanun layihəsi və digər məsələlər var.
Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və xidmət rəisi həbs olunub
Dağlıq Qarabağda hərbi hissə komandirinin müavini və ərzaq təminatı xidmətinin rəisi saxlanılıb. Hərbi hissə komandirinin müavini V. Petrosyan və xidmət rəisi E. Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda ittihamı olunur.
IX sinif şagirdləri üçün buraxılış imtahanının I mərhələsi martın 5-də keçiriləcək
Martın 5-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. DİM martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Həmin gün ümumilikdə 40124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə fevralın 22-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Cari ildə iş yerlərində 30 bədbəxt hadisə qeydə alınıb
Cari ilin yanvar-fevral aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 30 bədbəxt hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qənirə Paşayeva Neapol meri ilə görüşdü
Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Qonaqları salamlayan Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb.
Rusiyada bankda PARTLAYIŞ
Kalininqrad ətrafında yerləşən Baltiysk şəhərində martın 1-də "Sberbank"ın yerli bölməsinin binasında partlayış olub. Bunu bankın regional bölmənin baş ofisindən bildiriblər. Məlumata görə, xəsarət alan olmayıb, bankdan pul itməyib. Güc strukturları hadisə ilə bağlı rəsmi açıqlama verməkdən hələlik imtina edirlər.
Muzeydə Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir
Milli Azərbaycan Tarixi Muzeyində ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş “Mülki Müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusunda tədbir keçirildi. Muzeydən “Olaylar” – a bildirilir ki, tədbirdə Mülki Müdafiə qərargah rəisi Samit Mədətov çıxış edərək ən çox səciyyəvi olan təbii fəlakətlər – zəlzələ, yanğın, sürüşmə, istehsalat qəzaları, dağıntılar təhlükəsi yarandıqda, işçilərin həyatına təhlükə zamanı görüləcək tədbirlərdən danışdı.
“Gənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz regional mədəniyyət və turizm idarəsinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Cənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub. Mərkəzdən “Olaylar” – a verilən məlumata görə, düşərgənin qonağı Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətlərarası kommunikasiyalar kafedrasının müəllimi, Rəsm qalereyasının direktoru Pavel Sapotko da iştirak edib. Görüş Quba Soyqırım abidəsinin ziyarəti və gülqoyma mərasimi ilə başlayaraq, Qış düşərgəsi daha sonra işini Qusar rayonunda davam etdirdi.
Rusiya Ermənistandakı hərbi bazasını həyəcan siqnalı ilə ayağa qaldırdı
Rusiya "Cənub Hərbi Dairəsinə" məxsus Ermənistan ərazisində yerləşmiş hərbi bazasını "həyəcan siqnalı " ilə təlimə qaldırıb. Qeyd olunur ki, Rusiya hərbi bazasının bölmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb. Politoloq Məhəmməd Əsədullazadə “OLAYLAR”-a bildirib ki, Qarabağda gərginləşən hərbi vəziyyət fonunda Rusiyanın Ermənistandakı hərbi təlimləri təsadüfi deyil: “Ötən il aprel toqquşmalarında Rusiya analoji addımı Azərbaycanın şimalında Dağıstanla sərhəddə "Cənub Hərbi Dairəsinə" bağlı qoşunlarını təlimə çıxartmaqla etmişdi.
Azərbaycanda 14 yaşlı qız üzərində unikal tibbi əməliyyat keçirildi
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qızın üzərində mürəkkəb tibbi əməliyyat icra edilib. Klinikadan verilən məlumata görə, son dərəcə mürəkkəb olan əməliyyat Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov tərəfindən həyata keçirilib.











.jpg)


