Qənirə Paşayeva Neapol meri ilə görüşdü

Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Qonaqları salamlayan Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb.

Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Qonaqları salamlayan Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb. 2013-cü ildə Azərbaycaba səfərini məmnunluqla xatırlayan mer Neapol və Bakı arasında qardaşlıq əlaqələrinin inkişafı istiqamətində təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib: "Neapol və Bakı arasında birbaşa aviareysin açılmasında maraqlıyıq". Millət vəkili, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib. Ölkəmizlə bağlı mere geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Neapolla Bakı arasında əməkdaşlığın inkişafı istiqamətində, iqtisadi, mədəniyyət, turizm əlaqələrinin daha da artması üçün geniş imkanlar olduğunu vurğulayıb,əməkdaşlığın daha da genişlənəcəyinə inandığını deyib.Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun Milli Məclisdə ən böyük dostluq qruplarından biri olduğunu vurğulayan Q.Paşayeva president İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, hökuməti və parlamentinin İtaliya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı prinsipal məsələdə İtalyanın ədaləti dəstəkləməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva Xocalı soyqırımının 25-ci ildünümündə İtaliya Senatında ədaləti dəstəkləyən çıxışlar edən senatorların mövqeyini yüksək qiymətləndirdiklərini bildirib və İtaliyanın bundan sonra daha da çox ədalətin yanında olacağına ümid etdiyini bildirib. O, Xocalı soyqırımının İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb. Assosiasiyanın vitse prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaş kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31