“Gənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz regional mədəniyyət və turizm idarəsinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Cənc mədəniyyət işçilərinin I Qış düşərgəsi” təşkil olunub. Mərkəzdən “Olaylar” – a verilən məlumata görə, düşərgənin qonağı Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətlərarası kommunikasiyalar kafedrasının müəllimi, Rəsm qalereyasının direktoru Pavel Sapotko da iştirak edib. Görüş Quba Soyqırım abidəsinin ziyarəti və gülqoyma mərasimi ilə başlayaraq, Qış düşərgəsi daha sonra işini Qusar rayonunda davam etdirdi.
1 Mart 2017 15:53 MədəniyyətMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Xaçmaz regional mədəniyyət və turizm idarəsinin birgə təşkilatçılığı ilə Qusar rayonunda "Cənc mədəniyyət işçilərinin I Qış düşərgəsi" təşkil olunub. Mərkəzdən "Olaylar" - a verilən məlumata görə, düşərgənin qonağı Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyətlərarası kommunikasiyalar kafedrasının müəllimi, Rəsm qalereyasının direktoru Pavel Sapotko da iştirak edib. Görüş Quba Soyqırım abidəsinin ziyarəti və gülqoyma mərasimi ilə başlayaraq, Qış düşərgəsi daha sonra işini Qusar rayonunda davam etdirdi.
Xaçmaz regional mədəniyyət və turizm idarəsinin rəisi Nazim Ağayev çıxış edərək gənc mədəniyyət işçiləri üçün qış və yay düşərgələrin keçirilməsindən məmnun olduğunu xüsusi vurğuladı. Düşərgənin qonağı olan Pavel Sapotko öz növbəsində Belarus Respublikasının mədəniyyət sahəsində olan nailiyyət və problemlərindən bəhs edib. Yaranmış fikir mübadiləsi regionun gənc mədəniyyət işçiləri tərəfindən olduqca böyük maraqla qarşılanıb.