Rusiya Ermənistandakı hərbi bazasını həyəcan siqnalı ilə ayağa qaldırdı
Rusiya "Cənub Hərbi Dairəsinə" məxsus Ermənistan ərazisində yerləşmiş hərbi bazasını "həyəcan siqnalı " ilə təlimə qaldırıb. Qeyd olunur ki, Rusiya hərbi bazasının bölmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb. Politoloq Məhəmməd Əsədullazadə “OLAYLAR”-a bildirib ki, Qarabağda gərginləşən hərbi vəziyyət fonunda Rusiyanın Ermənistandakı hərbi təlimləri təsadüfi deyil: “Ötən il aprel toqquşmalarında Rusiya analoji addımı Azərbaycanın şimalında Dağıstanla sərhəddə "Cənub Hərbi Dairəsinə" bağlı qoşunlarını təlimə çıxartmaqla etmişdi.
1 Mart 2017 15:45 DünyaRusiya "Cənub Hərbi Dairəsinə" məxsus Ermənistan ərazisində yerləşmiş hərbi bazasını "həyəcan siqnalı " ilə təlimə qaldırıb. Qeyd olunur ki, Rusiya hərbi bazasının bölmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb. Politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki, Qarabağda gərginləşən hərbi vəziyyət fonunda Rusiyanın Ermənistandakı hərbi təlimləri təsadüfi deyil: "Ötən il aprel toqquşmalarında Rusiya analoji addımı Azərbaycanın şimalında Dağıstanla sərhəddə "Cənub Hərbi Dairəsinə" bağlı qoşunlarını təlimə çıxartmaqla etmişdi. Azərbaycan Rusiyanın forpostunu işğal olunmuş ərazilərdə sıxışdıran kimi, rəsmi Moskva yeni avantüraya əl atır. Halbuki, Rusiya rəhbərliyi rəsmi Yerevana təzyiq edib, regionda sabitləşdirici dövlət statusunu ala bilər. Təssüf ki, Kreml rəhbərliyi yaxın qonşularında separatizmi və işğalı dəstəkləməklə sabitliyi ciddi mane olaraq, işğalın iştirakçısı olur. Və, öz aressiv siyasəti ilə geosiyasi mürəkkəblik yaradır. Rusiyanın bu siyasəti, Azərbaycana təzyiq vasitəsidir. Hazırda Azərbaycanın genişlənən hərbi imkanları, Ruiya və Ermənistanın Qarabağda təxribatlarlarına qarşı dayanaqlı və əks zərbə vurmaq vəziyyətdədir". Politoloq deyib ki, Rusiya öz qoşunlarını təlimə çıxarda bilər. Amma, bunu Azərbaycanın sərhədləri yaxınlığında etməsi, həmçinin Qarabağda işğalçı qüvvələrlə toqquşma zamanı bu hərbi hərəkətlikləri Ermənistanın qorunmasına hesablanıb: "Rusiya məhz "Erebuni" və "Gümrüdəki" hərbi bazalar vasitəsilə Cənubi Qafqazda təhlükəsizliyi təhdid edir və bu qoşunların burada dislokasiyası Türkiyə və Azərbaycana qarşı hesablanıb. Rusiya indiki gərginləşən bir vaxtda bu təlimlərnən əsasən aşağıdakıları hədəfləyir. Rusiya bununla göstərmək istəyir ki, Ermənistanın arxasındadır və istənilən dəstəyi verə bilər. Həmçinin bu təlimlərlə Cənubi Qafqazda öz hərbi iştirakını təsdiqləyir.
Rusiya çalışır ki, bununla Azərbaycana çəkindirici mesaj versin. Artıq Ermənistan prezidenti Moskvaya səfər edir. Bu səfər apreldə keçiriləcək seçkilərnən bağlı olsada, Qarabağda artan müharibə təhlükəsinə qarşı bir daha Rusiyanın dəstəyinə sığınmaqdır. Hazırda rəsmi Moskva Qarabağ münaqişəsini həll etmək gücündədir. Amma, bundan regionda təzyiq vasitəsi kimi istifadə edir".