Gündəm

Deputat: Ermənistan danışıqları pozmaq üçün həmişə təxribatlar törədir

1 Mart 2017 17:36

Ermənistanın son günlərdə cəbhə xəttində təxribatlar törətməsinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaqdır. Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Sınıq Körpü sərhəd-keçid məntəqəsi müasir texnologiya ilə təmin edilir

1 Mart 2017 17:31

Martın 1-də Azərbaycan-Gürcüstan sərhədində, Sınıq Körpü sərhəd-keçid məntəqəsində "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib. DGK-dan “Olaylar”a verilən məlumata görə, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək Azərbaycan hökumətinin Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığından bəhs edib.

Musiqili Teatrda yubiley

1 Mart 2017 17:24

Məktəblilərə İslam həmrəyliyindən danışılıb

1 Mart 2017 17:06

Nəsimi rayonu 8 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Faiq Ələkbərov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov, məktəbin direktoru Aytən Baxşıyeva, müəllim, şagird və valideynlər iştirak ediblər.

Debat Klubları üzrə təlimlər keçirilir

1 Mart 2017 17:02

“Məktəblilərin Təhsil Müzakirələri” Debat Klubları layihəsi çərçivəsində klub rəhbərləri üçün təlimlər davam edir. “OLAYLAR”-ın xəbərinə görə, layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

ABŞ-da güclü zəlzələ

1 Mart 2017 16:59

ABŞ-ın Alyaska ştatının Aleut adalar qrupuna daxil olan Amlya adasında 5,5 bal gücündə zəlzələ olub. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların mərkəzi Atka şəhərindən 58 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 59 km dərinlikdə olub. Xəsarət və dağıntılar barədə informasiya verilməyib.

Prezident İlham Əliyevin Pakistana səfəri başa çatıb

1 Mart 2017 16:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri martın 1-də başa çatıb.

Gənclərin İKT sahəsində  peşəkarlığı artırılacaq

1 Mart 2017 16:48

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gənclərin İKT sahəsində peşəkarlığının yüksəldilməsinə xidmət edən “GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” layihəsinin icrasına başlayıb. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməklə onların texniki-nəzəri İKT biliklərinin artırılmasının təmin edilməsidir. Layihə çərçivəsində tək paytaxt Bakıda deyil, eyni zamanda, müxtəlif rayon və şəhərlərdə təlim formatında keçirilməsi nəzərdə tutulub. Həmçinin, layihə çərçivəsində www.ictcenter.az saytı yaradılacaq. Saytın həm də mobil versiyasının hazırlanması nəzərdə tutulub. 

Radikal dini təriqətlərə qarşı mübarizə müzakirə edilib

1 Mart 2017 16:45

Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi tərəfindən birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, rayon polis şöbəsində “Radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Bakıda saxta içki istehsalçıları tutuldu

1 Mart 2017 16:42

Respublikanın daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə keyfiyyətsiz yeyinti və sənaye məhsullarının müəyyən edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Nazirlik vergi ödəyicilərinə müraciət etdi

1 Mart 2017 16:42

2016-cı hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini cari ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim etməyə, hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar. Vergilər Nazirliyindən verilən məlumata görə, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələrinə əsasən vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində, büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda, vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Deputat: "Ermənistan Azərbaycanın uğurlarından qıcıqlıdır"

1 Mart 2017 16:41

“Ermənistan hər zaman, xüsusilə də həssas məqamlarda ölkəmizə qarşı təxribat törətməyə cəhd edir. Bilirsiniz ki, son təxribat Xocalı faciəsinin törədildiyi günün gecəsi başladı. Ermənistan bunu sülh danışıqlarının, atəşkəsin, ölkəmizin maraqları, eləcə də beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirdi”. Bunu deputat, politoloq Elşən Musayev deyib.

MN: Ermənistan cəbhədə monitorinq keçirən ATƏT missiyasına böhtan ataraq şantaj edir

1 Mart 2017 16:38

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdamrayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinqin insidentsiz başa çatması beynəlxalq missiya tərəfindən təsdiqini tapıb".

Diktatorun qardaşını öldürənlər tanınmaz hala düşdülər - VİDEO

1 Mart 2017 16:36

Şimali Koreya lideri Kim Çen Inin ögey qardaşı Kim Yong Namın Malayziya hava limanında öldürülməsi ilə əlaqədar təqsirləndirilən iki qadın ilk dəfə məhkəmə qarşısında çıxarılıb. Mühakimə olunan Siti Aisyah və Doğan Si Huong adlı qadın polislərin müşayiəti ilə əlləri qandallı halda məhkəməyə gətiriliblər.

Çempionlar Liqasının ən yaxşıları - Məmmədova ikinci oldu

1 Mart 2017 16:34

Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - "Telekom"la "Azərreyl"in oyunçuları da var.