Musiqili Teatrda yubiley
1 Mart 2017 17:24 MədəniyyətAzərbayan Dövlət Musiqili Teatrında Əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, dosent Əliqismət Lalayev mərasimi açıq elan edərək Novruz Qartalın həyat və yaradıcılığından söz açıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini cənab Ədalət Vəliyev Novruz Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xaql artisti Azər Paşa Nemətin imzaladağı Fəxri fərman yubliyara təqdim olunub. Tədbirdə Novruz Qartalın sənət dostları - Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Əkbər Əlizadə, Şövqi Hüseynov, habelə Təbriz Teatrının rəhbəri, İran İslam Respublikasında yaşayan soydaşlarımızın sevimli gülüş ustası Babək Nəhreyn, Dövlət Musiqili Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov və başqaları onun həyat və yaradıcılığı haqqında çıxış edərək, ən səmimi arzularını bildiriblər.
Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Ələsgərli və Nərgiz Kərimovanın ifaları tədbirə xüsusi rəng qatıb. Novruz Qartalın iştirakı ilə Musiqili Teatrın repertuarında olan müxtəlif tamaşalardan səhnəciklər nümayiş olunub.