Radikal dini təriqətlərə qarşı mübarizə müzakirə edilib

Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi tərəfindən birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, rayon polis şöbəsində “Radikal dini təriqətlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi tərəfindən birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, rayon polis şöbəsində "Radikal dini təriqətlərə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. Dini Komitədən "OLAYLAR"-a bildirilib ki, tədbirdə çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov bildirib ki, dini  radikal dini təriqətlərin ideyaları dövlətçiliyə və insanlara qarşı yönəlib və İslam dəyərlərinə uyğun deyil. Mövzu ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev dini radikalizmə qarşı mübarizə metodları və bu sahədə dini maarifləndirmənin əhəmiyyəti barədə çıxışlar ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31